Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

BNA yaxşı taktika seçib, amma... - Ekspert

Bakı Nəqliyyat Agentliyinin parklanma ilə bağlı başlatdığı tədbirlər müəyyən mənada yaxşı nəticə verir. Şəhərdə bir müddətdir sıxlıq azalıb. Ancaq ucdantutma cərimələmək həm də narazı kütlənin sayını artırıb. Hesab edirəm ki, agentlik narazılıqları nəzərə almalıdır.

Yenixeber.org: Bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı artıq bir müddətdir davam edən dayanm-durma və parklanma qaydalarını pozan sürücülərin Bakı Nəqliyyat Agentliyinin quraşdırdığı kameralar vasitəsilə aşkarlanması və cərimələnməsi tədbirlərinin nəticələri barədə danışarkən bildirib.

E.Muradlı qeyd edib ki, BNA gördüyü işə yanlış istiqamətdən başlayıb:

“Birinci parklanma yerləri yaradıb, daha sonra oradan istifadə etməyib qadağan olunmuş yerlərdə saxlayanları cərimələmək lazım idi. Ancaq BNA birbaşa cərimələməyi seçdi. Agentlik belə sıx bir şəhərdə heç bir parklanma yeri yaratmayıb. Sürücülər üçün çox az sayda avtomobil saxlamaq üçün yerlər var.

Yeni qayda tətbiq ediləndən və kameralar quraşdırılandan sonra əsasən taksi sürücüləri arasında narazılıq artıb. Onları da başa düşmək lazımdır. Həqiqətən taksi sürücülərinin avtomobili saxlaması üçün yer yoxdur. Mövcud olan parklanma yerlərini də iri müəssisələrdə işləyənlərin avtomobilləri zəbt edib. Bəs taksi sürücüləri nə etsin? Harada saxlasın avtomobilini?”.

Ekspert bildirib ki, cərimələnmə sürücüləri robotlaşdırır:

“İstəyərdim ki, bizim sürücülər bu cür inzibatçılığa meyllənməsin. Cəzalanandan sonra qaydalara əməl etmək psixologiyası bir növ robot psixologiyasına oxşayır. Belə çıxır ki, bizim sürücüləri mütləq kimsə, hansısa qüvvə idarə etməli, qadağa qoymalı, cərimə etməlidir. Sürücülər birdəfəlik bilməlidir ki, avtomobili harada saxlamaq olar, harada olmaz”.

E.Muradlı BNA-nın yaxşı taktika seçdiyini, ancaq sıralamanın düzgün olmadığını bildirib:

“BNA artıq yollarda dayanma-durmanı qadağan edən nişanları yığışdırıb, əvəzində durmanı qadağan edən nişan qoyublar. Eyni zamanda vaxt məhdudiyyəti tətbiq edən nişanlar da quraşdırılıb. Bütün bunlar yaxşı haldır. BNA bunları çoxdan etməli idi. Cərimələməyə başlamazdan əvvəl bu işlər görülməli, parklanma yerləri ayrılmalı idi. Bütün bu məsələlərə və problemlərə kompleks yanaşılsa, xeyli iş görmək mümkündür”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam