Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ümüdləri doğruldan rəhbər-Niyazi Bayramov

     

 

Yenixeber.org: Gəncə şəhəri  Cənubi Qafqazın mədəniyyət, iqtisadiyyat, sənətkarlıq, elm, incəsənət və ticarət mərkəzi  kimi  həm  də  strateji əhəmiyyətinə görə ipək yolunun keçdiyi  mərkəzdir. Tarixən şəhər həm regionun, həm Azərbaycanın sosial-iqtisadi, mədəni-siyasi həyatında mühüm  rol  oynamışdır. Bü gün də şəhər özünün  bu  mövqeyini  qoruyub  saxlamaqdadır. Şəhərin elmi-intelektual səviyyəsi, mədəni və iqtisadi  inkişafı  müstəqillik  əldə olunduqdan  sonra  daha da yüksəlmiş və beynəlxalq aləmə inteqrasiyada öncül yerlərdən birini tutmaqdadır.

Gəncə şəhərinin  yeni  icra  başçısı  Niyazi Bayramovun  fəaliyyəti  haqqında ötən ilin oktyabrında  bir yazı  yazdıq (http://www.moderator.az/news/242044.html).  Bu yazı  sosial şəbəkələrdə və kütləvi  informasiya vasitələrində  yayımlandıqdan sonra  bizə  gələn zənglərdən və  həmin  məqalə  ilə  bağlı yazılmış  müsbət  şərhlərdən  sonra yeni bir məqalənin yazılmasını qərara aldıq.

Şəhərə yeni rəhbər təyin olunmuş Niyazi Bayramov Mingəçevirlə müqayisədə  daha  böyük  şəhər olan Gəncədə işləməyi və gəncəlilərin rəğbətini qazanmağı  bacardı. Demək olar ki, Gəncəyə icra başçısı təyin olunduğu gündən bəri hər həftə şəhər əhalisinin problemlərinin həlli ilə bağlı şəhərin müxtəlif məhəllələrində sakinlərlə görüşlər təşkil etmiş və bu istiqamətdə böyük işlər görməkdədir.

Şəhərin Yeni Gəncə, Gülüstan, Abbas Səhhət kimi böyük yaşayış massivlərindəki binaların dam örtüklərinin  düzəldilməsi, şəhərin əsas küçə və prospektləri ilə yanaşı, ara küçələrinin də asfalt örtüyü ilə örtülməsi işləri  ardıcıl şəkildə həyata keçirilir.

Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi sürətlə davam etdirilir. Bununla yanaşı, şəhərdəki bir çox küçələrin  asfalt örtüyü yenilənir, müasir tipli  gecə işıqlandırılması qurulur, yeni salınmış qəsəbələrin qaz, işıq, su və telefon xətləri ilə təmin edilməsi kimi məsələlər öz həllini tapmaqdadır. 

Hazırda şəhərin 30-a yaxın küçəsinin asfalt örtüyü yenilənib, həmin ərazilərdə müasir işıqlandırma sistemləri qurulub. Bununla yanaşı 148 çoxmərtəbəli binanın dam örtüyünün dəyişdirilməsi işi də davam etdirilir.

Gəncədə artıq 83 yeni salınan küçəyə ad verilib və ünvan lövhələrinin vurulması başa çatdırılmışdır. Bu gün şəhərdə quruculuq – abadlıq işləri sürətlə davam etdirilir.

Gəncədə çoxmərtəbəli  binalarda  liftlərin  təmiri, yaxud  yenilənməsi planına uyğun olaraq lazımi işlər həyata keçirilir.. 

Hörmətli  Niyazi  Bayramov  öz fəaliyyətində , ilk növbədə  yalnız və yalnız Gəncə sakinlərinə sevgi, qayğı ilə xidmət etmək  barədə düşünür və buna çalışır. Bu da onu göstərir ki, Niyazi Bayramov  ən  azı  şəhəri və Gəncə əhalisini yaxından tanıyan bir icra başçısıdır.

Cənab başçı  şəhərin  müxtəlif  yerlərində əhali ilə mütəmadi olaraq  görüşlər keçirir, demək olar ki, hər həftə vətəndaşları qəbul edir, onların problemləri ilə yaxından maraqlanır, həlli yerində mümkün olan məsələləri yerindəcə  dərhal  həll  edir, bəzilərinin  isə  araşdırılaraq  aradan  qaldırılması üçün aidiyyatı idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verir.

Hörmətli  Niyazi  Bayramov  Şeyxzamanlı, Məhsəti, Hacıkənd qəsəbəsinin, Bağbanlar  yaşayış massivinin sakinləri ilə görüşüb, onların həmin qəsəbələrlə bağlı problemlərini dinləyib və bu problemlərin  həlli üçün lazımı göstərişlər verib.

Eyni zamanda, şəhərin  iqtisadi  həyatında  mühüm   rol oynayan sahibkarlığa xüsusi diqqət göstərən Niyazi Bayramov şəhər sahibkarları ilə görüş keçirərək, sahibkarlığın inkişafına mane olan bütün faktorların, xüsusi ilə də qanunsuz  müdaxilələrin aradan qaldırılması ilə bağlı  göstərişlər verib.Cənab Başçı  şəhər  əhalisinin  istəklərini  nəzərə alaraq, fəaliyyəti dayandırılmış  “Kolxoz bazarı” və “Sərçə bazarı” kimi tanınan məşhur bazarların fəaliyyətlərinin bərpa olunması üçün xüsusi tapşırıq verib.

Təhsil sahəsinə xüsusi  diqqət ayıran hörmətli  Niyazi Bayramov  şəhərin  ali, ümumtəhsil  məktəblərinin və uşaq bağçalarının direktorları ilə görüşüb, onların problemləri ilə tanış olub və bu görüşdə  bir çox  məsələlər yerindəcə öz həllini tapıb, digər problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı qurum və şəxslərə müvafiq tapşırıqlar verib.

 Niyazi Bayramov özünün şəxsi keyfiyyətləri ilə seçilən İcra Başçısı olduğunu sakinlərlə ünsiyyətində göstərir. 20 yanvar şəhidlərinin xatirəsini anmaqla əlaqədar keçirilən tədbirdə hörmətli başçı bir daha yuxarıda söylədiklərimi öz əməli ilə sübut etdi. Tədbirdə yaşlı bir şəhər sakini ondan öz problemlərinin həll olunmasında köməklik göstərməsi ilə əlaqədar cənab başçıya  yaxınlaşdı. Niyazi Bayramov o qadının əlindən tutaraq sol tərəfində tədbirin sonuna qədər saxladı və tədbir başa çatandan sonra həmin yaşlı qadını sona qədər dinlədi. O yaşlı qadının probleminin həll olunması ilə bağlı yerindəcə göstəriş verdi.

Əlbəttə, bu yazdıqlarımız  nə yuxudur, nə də ki, uydurulmuş nağıldır. Bu cür addımları görən şəhər sakinləri  hörmətli Niyazi Bayramova sevgi ilə yanaşır. Şəhər sakinləri onda olan sevgini və qayğını görüb ehtiramla və sevgi ilə qarşılıq göstərirlər.

Niyazi Müzəffər oğlu Bayramova işlərində uğurlar arzulayırıq.

 ELÇİN   CAVADOV-  Gəncə  Dövlət  Universitetinin  dosenti,

                                         texnika elmləri üzrə fəlsəfə doktoru.

 

 ETİBAR  MUSAYEV-  Gəncə  Dövlət  Universitetinin  dosenti,

                                          tarix  elmləri  üzrə  fəlsəfə doktoru.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam