Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə-Müraciət

 Yenixeber.org: 

Cari il fevral ayının 2-də internetdən verilən “2018- ci ilin sentyabrın 26-da Kuru kosmodromundan uğurla orbitə buraxılan Azerspace-2 peyki bu gündən kommersiya fəaliyyətinə başlayıb” məlumatı məni hədsiz dərəcədə sevindirib. Sizin elmdə, iqtisadiyyatda və idarəetmədə şaxələndirmə siyasətininz olduqca diqqət çəkir və qeyd edilənlərdən bir vətəndaş olaraq şad oluram.

Məni düşündürən əsas cəhət isə Respublikada Kosmik elmin idarə olunmasıdır. 10 il akademik Arif Şəfaət o. Mehdiyevin rəhbərliyi altında Azərbacan Milli Aerokosmik Agentliyinin (AMAKA) Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunda (TEKTİ) işləmişəm. A.Ş. Mehdiyev AAK sədri vəzifəsinə təyin edidikdən sona Ə.Həsənov adlı fizika riyaziyyat elmləri doktorunu AMAK-ya baş direktor vəzifəsinə yapışdırdılar.Onun vəzifəsinin öhdəsindən gələ bilmədiyini görüb 23.11.2004-cü və 12.12.2005-ci il tarixlərdə Sizə iki müraciət ünvanladım. Kifayət qədər iş təcrübəmdən mənə aydın idi ki,Baş direktor Ə.Həsənov Sizə yazdığım müraciətlərimə görə mənim ücün agentlik sovetinin “məhkəmə”sini təşkil edəcəkdir və bu belə də oldu. TEKTİ-də direktor vəzifəsində işləyən şəxs isə mənim üçün qurulan “məhkəmədən” yayındı. Həmin məhkəməni də saymadım, özləri dedi, özləri də eşitdi.

Ona görə saymadım ki, AMAKA-nın ərazisi alverxana obyektləri kimii alverçilər arasında bölüşdürülmüşdü. Bundan başqa agentliyin ərazisində 14 mərtəbəli yaşayış binası inşa edilmişdi. Sonra bina hökumət tərəfindən darmadağın edildi.

Nəhayət Ali dairə AMAKA-nın adını MAKA adı ilə əvəz edib Müdafiə Sənayesi Nazirliyinin tərkibinə verdi.Baş direktor vəzifəsinə nöyüt alverçisi (nöyüt alimi) Alınçın Şirinzadəni təyin etdilər və o, da MAKA-nın aparatını TEKTİ-nin binasına köçürdü.

Məni A.Şirinzadə 02.02.2007 il tarixə MAKA-ya çağırtdırıb 01.02.2007-çi il tarixlə vəzifəmdən azad etdi.

A. Şirinzadə2007-ci ildən 2019-ci ilin fevral ayına kimi (12 il) MAKA-nı yuxarıdakı havadarları ilə bərabər təqaüd idarəsinə çevirməyi bacardı.Havadarları ilə bərabər yedikləri halal xoşları olmasın.

Müxalifət mətbuatı olan 14.06.2007-ci il tarixli “MÜHAKİMƏ”də “AMAKA FACİƏSİ VƏ YA UNUTSAQ UNUDUlARIQ “ adında iki səhifəlik materalla çıxış etdim.

Təklflərim budur ki, AMAKA yenidən müstəqil fəaliyyət göstərən bir elmi agentlik kimi təsdiq edilsin və kosmik elm sahəsində bu gün də xaricin kosmik elm insanları ilə birgə işləyib,kitabları xaricdə ingilis dilində nəşr olunan Rüstəm Baloğlan o. Rüstəmov MAKA-ya yox, müstəqil

olacaq AMAKA-ya qaytarılsın. Onunla qohumluq əlaqələrim də yoxdur.

Mən bu gün də mərhum akademik Arif Mediyevi unutmur və on il birgə işlədiyim, hal hazırda AMAA -da elmi fəaliyyət göstərən akademik Telman Nizamovu, elmlər namizədləri Kamal Hüseynovu, Sevda İbrahimovanı xoş xatirələrlə anıram.

Hörmətli Prezident, hal-hazırda şikəstəm, üç ildir evdən bayıra çıxa bilmirəm, təqaüdçüyəm, 80 yaşımın içərisindəyəm. Mən istəyirəm ki,müstəqil Rspublikamızın kosmik elmi daha da inkişaf etsin.

Vaxtı ilə AMAKA-ya həsr etdiyim geniş həcmli“...İçimdə dünya “qoşmasından son misralar:

Qafqazda Agentlik bircə dənəydi,

Çöhrədə intizar dildə gileydi,

Ümidsiz qalarlar kim nə biləydi,

Yüzlərlə soydaşım bu gündə,dünya,

Yurd-yuvam ağlyır içimdə, dünya.

 

Hörmətlə Elxan Sarı o. Quliyev 03.02.2019-cu il


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam