Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“Nar” Türkdilli Dövlətlərin PR mütəxəssislərinin I Bakı Forumuna dəstək oldu

 Yenixeber.org: “Nar” Azərbaycanda keçirilən Türkdilli Dövlətlərin PR mütəxəssislərinin Birinci Bakı Forumuna dəstək olub və telekommunikasiya tərəfdaşı kimi çıxış edib. Forumda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan PR mütəxəssisləri iştirak edib. Üç sessiyadan ibarət olan forumda ictimaiyyətlə əlaqələrin müxtəlif sahələrinə və aktual məsələlərinə dair təqdimatlar olub. Çıxış edən spikerlər hər bir dövlətin öz məhsulunu dünyanın müxtəlif ölkələrində tanıtması ilə bağlı düzgün PR-ın aparmasından, PR-da strateji yanaşmalardan, Türkdilli ölkələrdə PR-ın vəziyyətindən danışıblar. Eyni zamanda bildirilib ki, hər bir təşkilat və şirkətin uğurlu fəaliyyəti üçün sistemli və davamlı PR fəaliyyətinin aparılması əhəmiyyətlidir.

 

“Azerfon”un İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib ki, Türkdilli Dövlətlərin PR mütəxəssislərinin Birinci Bakı Forumu peşəkarların PR sahəsində yeni tendensiyaları müzakirə etməsi baxımından əhəmiyyətlidir: “Forum Azərbaycan məhsullarının tükdilli ölkələrlə yanaşı, dünyada tanıdılması baxımından vacibdir. Bu cür tədbirlər peşəkar mütəxəssisləri bir araya toplamaqla, həm öz təcrübəmizi bölüşməyə, həm də gələcək addımları müzakirə etməyə kömək edir”.

 

Qeyd edək ki, Forumun əsas məqsədi türkdilli dövlətlərin PR mütəxəssisləri arasında əməkdaşlığı genişləndirmək, PR-da strateji yanaşmaları, mövcud problemləri, perspektivləri müzakirə etmək və bu sahənin inkişafına dəstək olmaqdır.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam