Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Ankarada keçirilən konfrans 20 Yanvar faciəsinə həsr olundu

 

Universitetdə 20 Yanvar hadisələrinin dəhşətlərini əks etdirən fotosərgi təşkil olunub.

 

Yenixeber.org: Azərbaycanın Türkiyədəki səfirliyi ilə Ankara Universitetinin hüquq fakültəsinin birgə təşkilatçılığı əsasında universitetdə “Azərbaycanın müstəqilliyinə gedən yolda 20 Yanvar faciəsi” mövzusunda konfrans keçirilib.

Universitetdə 20 Yanvar hadisələrinin dəhşətlərini əks etdirən fotosərgi təşkil olunub.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşun birləşmələrinin Bakıda törətdiyi qanlı cinayəti əks etdirən film nümayiş olunub.

Daha sonra Azərbaycanın türkiyədəki səfiri Xəzər İbrahim, Ankara Universitetinin prorektoru Əbdülqadir Gürer, hüquq fakültəsinin dekanı Muharrem Özen və digərləri çıxış edərək 20 Yanvar hadisələri ərəfəsində keçmiş SSRİ-də və Azərbaycanda gedən proseslər, xalqımızın azadlıq mübarizəsi haqqında danışıblar. Diqqətə çatdırılıb ki, sovet ordusunun Bakıda törətdiyi qanlı cinayət Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi, əksinə, xalq öz şəhidlərinin qanını yerdə qoymadı və bu mübarizə azadlığın əldə edilməsi ilə nəticələndi.

Sonra konfransın panel hissəsi keçirildi. Məruzə ilə çıxış edən tədqiqatçılar Cavid Abdullazadə və Namiq Musalı 20 Yanvar faciəsinin siyasi və tarixi aspektlərini təhlil ediblər. Türkiyəli tədqiqatçı Raqub Kirazın məruzəsi isə ulu öndər Heydər Əliyevin 20 Yanvar hadisələrindən sonra Moskvada kəskin bəyanatla çıxış edərək qanlı aksiyanı pisləməsi, Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra bu hadisələrə hüquqi-siyasi qiymət verilməsi üçün gördüyü işlərə həsr olunub. O diqqətə çatdırıb ki, dahi şəxsiyyətin şəhid ailələrinə hərtərəfli qayğı göstərilməsi siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam