Redaktor seçimi
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
Günün xəbəri

SOCAR-da yüksək vəzifəli şəxsdən dövlət başçısına xəyanət -Rövnəq Abdullayev hansı addımı atacaq?

”SOCAR Methanol”-un direktor müavini sosial şəbəkədə hakimiyyətə qarşı çıxanları dəstəkləyir?

Yenixeber.org: Sosial şəbəkələrin populyarşması ilə hər bir şəxsin müstəqil şəkildə öz fikrilərini ifadə etmə imkanı yarandı. Bu da bəzi hallarda böhtan, şər atılması kimi neqativ əməllərin üzə çıxmasına səbəb oldu.

Qeyd etmək lazımdır ki, dövlət müəssisələrində, rəsmi vəzifələrdə çalışan şəxslərin sosial şəbəkədə aktivliyi cəmiyyətin diqqətin yan keçmir. Bütün bunları nəzərə alaraq dövlət qurumlarında, xüsusilə də rəhbər heyətdə təmsil olunan şəxslər sosial şəbəkə hesablarında hər bir paylaşdığı materiala diqqət etməlidir.

Lakin, “SOCAR Methanol” kimi Azərbaycanın Qeyri-Neft sahəsinin inkişafına xüsusi töhfə verən bir şirkətdə baş direktorun müavini olan Elnur Bağırov heç çəkinmədən dövlətin birinci şəxsini təhqir edən yazını öz səhifəsində paylaşır.

Maraqlıdır, böyük bir şirkətin böyük heyəti ilə işləyən Elnur müəllim paylaşdığı yazını ən azından sonadək oxuyub onu yazan şəxsin əsl məqsədini ayırd eləmək bacarığına malik deyil? Bu inandırıcı gəlmir. Əldə etdiyimiz məlumata görə, Elnur Bağırov həmçinin Yeni Azərbaycan Partiyasının məsul vəzifələrindən birində də təmsil olunur. Bütün bunları nəzərə alaraq Elnur Bağırovun ikili oyun aparması, iş saatlarında yüksək vəzifəli məmur, hakim partiyanın təəssübkeşi kimi özünü göstərib, işdən çıxandan sonra ölkə rəhbərliyini təhqir edənlərə dəstək göstəməsinin səbəbləri görəsən nədir? Maraqlıdır, sosial şəbəkədə belə açıq şəkildə təhqir edən şəxslərə dəstəyini nümayiş etdirən bir şəxs rəhbəri olduğu kollektivdə öz tabeçiliyindəki şəxslərə hansı mətləblərdən söhbət açır? Belə hərəkəti ilə Elnur Bağırov həm SOCAR, həm də ölkə rəhbərliyinə qarşı çıxır…(aztoday)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam