Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Şəhidlər xiyabanında hazırlıqlar başlandı - FOTOLAR

Şəhidlər xiyabanında hazırlıqlar başlandı- FOTOLAR

Şəhidlər Xiyabanının girişində qərənfillərdən ibarət ekspozisiyanın hazırlanmasına başlanılıb.

Yenixeber.org: Bakı şəhərində 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən sərəncam imzalanıb və tədbirlər planı təsdiqlənib.

İlk növbədə “Şəhidlər Xiyabanı”nda xüsusi hazırlanmış layihə əsasında bədii-estetik cəhətdən 20 Yanvar tematikasına uyğun dizayn-tərtibat  işlərinə start verilib, ərazidə cari təmir,abadlıq və təmizlik işləri görülmüş, ağaclar və yaşıllıqlar qaydaya salınıb və işlərin tam şəkildə yanvarın 19-da başa çatdırılması nəzərdə tutulub.
Yanvarın 14-dən 20-ə kimi Bakı şəhər ictimaiyyəti nümayəndələri, idarə, təşkilat və müəssisələrin kollektivlərinin, dövlət məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqlar, orta və ali təhsil müəssisələri şagird və tələbələrinin “Şəhidlər Xiyabanı”nı ziyarəti təşkil oluncaq.

Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən yanvarın 20-də ziyarətə gələnlərin hərəkət marşrutunun müəyyənləşdirilməsi, ictimai asayişin qorunması, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi, Bakı Şəhər Baş Səhiyyə İdarəsi tərəfindən xiyabanda təcili tibbi yardım xidmətinin təşkili həyata keçiriləcəkdir. Mərasim günü ərzində xiyabanda matəm musiqisi səslənəcək, digər təşkilatı işlər də görüləcək.

Yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Famil Fərhadoğlu

Fotolar müəllifindir

  • Şəhidlər xiyabanında hazırlıqlar başlandı- FOTOLAR

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam