Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Rövşən Rzayev Sabunçuda köçkünlərlə görüşdü -FOTO

Rövşən Rzayev Sabunçuda köçkünlərlə görüşdü- FOTO

Yanvarın 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən Qarabağ sanatoriyasında məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların vəziyyəti ilə yerində tanış olub.

Yenixeber.org: Xəbər verir ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin problemlərinin həllinin  prioritet istiqamət olduğu, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirildiyi, yeni yaşayış komplekslərinin inşasının davam etdirildiyi bildirilib. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasının sürətləndirilməsi üçün zəruri iş aparıldığı diqqətə çatdırılıb.

Məcburi köçkünlərin müraciətləri dinlənilib, sualları cavablandırılıb. Köçürülmə ilə əlaqədar müraciət edən məcburi köçkünlərə məlumat verilib ki, öncə qəzalı şəraitdə, həyat üçün təhlükəli yerlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər yeni mənzillərlə təmin edilir.

Görüşdə iştirak edən məcburi köçkünlərin problemlərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Dövlət Komitəsi rəhbərliyinin məcburi köçkünlərlə bilavasitə müvəqqəti yaşayış yerlərində görüşləri davam etdiriləcəkdir.  

  • Rövşən Rzayev Sabunçuda köçkünlərlə görüşdü- FOTO

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam