Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Astara Mərkəzi Xəstəxanasında özbaşınalıq -Baş həkim ittiham olunur

 

“Bura sağlam gələn xəstələnib gedər...”

image here

Astara rayonunda səhiyyə inkişaf etmək əvəzinə, günbəgün geriləyir. Çünki Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev əsas diqqətini tamam başqa məsələlərə yönəldib.

Yenixeber.org: Bu barədə redaksiyamıza məlumat verən Amil Əliyevin sözlərinə görə, dövlət büdcəsindən Astara səhiyyəsinə ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir: “Ölkə rəhbərliyi bu əhəmiyyətli sahənin yenidən qurulması, səhiyyədə baş verən qanunsuzluqların aradan qaldırılması üçün müəyyən addımlar atmaqdadır. Lakin hazırda Astara rayon səhiyyəsində olduqca ciddi problemlər yaşanır”. Baş həkim xəstəxananı elə vəziyyətə gətirib ki, artıq vətəndaşlar xəstələrini buraya gətirməyə qorxurlar. Çünki Əlövsət Əliyevin rəhbərlik etdiyi bu tibb müəssisəsində normal səhiyyə xidməti göstərilmir. Kimsə qanundan danışır, haqqını tələb edirsə, həmin insanları incidirlər”.

Şikayətçi qeyd edib ki, Astara Rayon Mərkəzi Xəstəxanasında xəstələrə laqeydlik yüksək həddə çatıb. Diabet xəstələrin qanında şəkərin miqdarını ölçən aparatdan istifadə haqqı 20 manat təşkil edir ki, bu qanunsuz alınan pulları Sənubər adlı tibb bacısı toplayır. Şəkər xəstələrinə dövlət xətti ilə ayrılan pulsuz dərmanlar pasientlərə baha qiymətə satılır.

“Xəstəxanada hazırkı durum elədir ki, bura sağlam gələn xəstələnib gedər. Palatalarda antisanitariya baş alıb gedir” - deyə, Amil Əliyev bildirib. Xəstəxananın cərrahiyyə şöbəsində əməliyyat olan Amil Əliyev oradakı şəraitsizlikdən danışaraq bildirdi ki, otaqlarda su kranları işləmir: “Xəstələrə yemək adı ilə vermişeli suda isladıb, ancaq yavan çörək verilir. Çarpayılar isə köhnə və sınıqdır”.

Amil Əliyev əlavə olaraq qeyd edib ki, təkərli çarpayıda yatarkən basqa tərəfə dönmək istəyəndə, az qala yıxılsın: “Çarpayı sürüşüb qapıya dəydi. Həyat yoldaşım məni tutmasaydı, yıxılacaqdım. Nəticədə, tikişlərim söküləcəkdi”.

Məsələ ilə əlaqədar baş həkimi Əlövsət Əliyevin fikrini öyrənmək istədik, ancaq xəstəxanadan onun işdə olmadığını bildirdilər.

Mövzunu diqqətdə saxlayacağıq.(tezadlar)

H.ƏLİZADƏ

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam