Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Daha hansı qurumlar ləğv ediləcək? –Ekspertlər

 

İnkişafımızla ayaqlaşmayan strukturların sıradan çıxması labüddür.

Yenixeber.org: Bu sözləri Prezident İlham Əliyevin tapşırığına əsasən bir sıra qurumların ləğvinə dair struktur islahatlarının təhsil sahəsində də davam etdirilməsi ilə bağlı suala cavabında Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı deyib. Millət vəkili bildirib ki, dövlət başçısının büdcədən maliyyələşən qurumlarda struktur islahatlarına dair növbəti fərman və sərəncamları ölkədə idarəetmə işlərinin və fəaliyyətlərinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, yersiz maliyyə xərclərinin qarşısının alınması və vətəndaşların əlçatanlığının daha rahat təmin edilməsi məqsədi daşıyır:

“İslahatların digər sahələrdə, o cümlədən təhsil sisteminin müxtəlif pillələrində də davam etdiriləcəyi gözləniləndir. Məsələn, ölkədə bir çox hallarda bir-birini təkrarlayan, lakin fərqli adlarla fəaliyyət göstərən bəzi keçmiş texnikumların, yeni adlarla kolleclərin dövlətə və millətə nə qədər faydalı olub-olmaması müəyyən suallar doğurur. Eyni sualları digər sahələrdə də vermək olar. Hesab edirəm ki, inkişafımızla ayaqlaşmayan strukturların sıradan çıxması labüddür”.

Təhsil eksperti Kamran Əsədov isə ümumiyyətlə ölkədə universitetlərin birləşdirilməsi və ya ləğvinin gündəmdə olduğunu düşünmür:

“Bütün dünya ölkələrində universitetlər dövlət büdcəsindən maliyyələşirlər, ancaq bu göstərici 100 faiz deyil. Azərbaycanda hazırda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, onların da 40-a yaxını dövlət universitetləridir. Bu baxımdan da təhsil sahəsində atılacaq ən real addım bir çox təhsil qurumları və universitetlərin dövlət büdcəsindən asılılığının aradan qaldırılmasıdır. Hesab edirəm ki, başda Təhsil Nazirliyi olmaqla, bütün təhsil qurumları dövlət büdcəsindən azad olunmalıdır. Bu halda təhsil qurumları göstərdikləri xidmətlərə görə özlərini maliyyə resursları ilə təmin etmiş olacaqlar. Dünya təcrübəsində də belədir. Məsələn, Türkiyədə 181 universitet var. 2002-ci ildə Türkiyəyə oxumağa gələn xarici tələblərin sayı 120 min nəfər idi. 2016-ci ildə bu rəqəm 850 min, bu günə olan tarixi 1 milyon 200 min nəfərdir. Azərbaycanda təhsil alan xarici tələblərin sayı isə cəmi 5 min 200 nəfərdir. Orta hesabla hər universitetə heç 100 nəfər də düşmür. Hesab edirəm ki, Azərbaycanda universitetlər büdcədən asılılığı azaltmalı və tədricən iqtisadi baxımdan tam müstəqil olmalıdırlar”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanlar imzalayıb.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam