Redaktor seçimi
Əhmədzadə və Rustəmov da xaricdə böyük biznesə malik imiş
Bir karyeranın sirri –
SOCAR-da yoxlamalar Mikayıl İsmayılovu bitirə bilər-
ÖLÜM TUNELİ - 2019:  
Mehdi Səlimzadəyə qohumbazlıq ittihamı:
İşsiz müəllim yardım istəyir-
Qardaşı Qorxmaz Hüseynovun nüfuzundan belə yararlanır-
Lütvəli Babayev şəhid ailəsini təhqir edir-
Günün xəbəri

Bakı meri seçim qarşısında:Yaşıllaşdırma İdarəsində vəzifə davası başlayıb

 

Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra meriyada ciddi kadr dəyişiklikləri aparılmaqdadır.

Yenixeber.org: Qısa zaman ərzində xeyli vəzifəli şəxsi Bakı Şəhər İcra Hakimiyyətindən “yola salan” Eldar Əzizov dekabr ayının 27-də daha 3 şöbə müdirini işdən çıxartdı.

Məlumata görə, BŞİH-in aparatında öz kadrlarının yerləşdirilməsini yekunlaşdıran Eldar Əzizov strukturun tabeliyində fəaliyyət göstərən müəssisələrə də “əl gəzdirəcək”.

Redaksiyamıza daxil olan məlumata görə, Eldar Əzizovun ilk “təmizlik” aparacağı müəssisələrdən biri də Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Yaşıllaşdırma Təsərrüfatı Birliyi olacaq. Belə ki, artıq adıçəkilən müəssisənin rəhbərliyində ciddi rəqabət baş qaldırıb. Birliyin rəhbərliyində təmsil olunan şəxslərin bir-biriləri haqqında yuxarı instansiyalara “donos”lar ötürdüyü də yayılan məlumatlar sırasındadır. Məlumatlarda əsas tezislər isə Birliyin tərkibində fəaliyyət göstərən “Yaşıllıqtikinti” Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsində, Avtonəqliyyat İdarəsində, Ağac Bəzək Bitkiləri Sovxozu Yaşıllaşdırma Təsərrüfatı Birliyində və Su quyularının İstismarı və Təmiri Xidməti idarəsində baş verən korrupsiya faktlarından ibarətdir.

Redaksiyamıza daxil olan informasiyalarda bildirilir ki, vəzifə dəyişikliklərinin olacağını gözləyən Yaşıllaşdırma Təsərrüfatı Birliyində bəzi şəslərin müxtəlif formalarda özlərinin işgüzar və savadlı kadrlar olmasını müəyyən vasitələrlə diqqətə gətirməsidir.

Özünü yeni rəhbərliyin “gözündə” “əvəzedilməz kadr” kimi göstərən şəslərdən biri də Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovdur. Adından da göründüyü kimi xidməti vəzifəsi təbiətə, şəhərin gözəlliyini artıran yaşıllıqlara qulluq etməkdən, qorumaqdan ibarət olan Orxan Məmmədov son zamanlar özü barəsində Heydər Əliyevin siyasi kursuna daim sadiq qalması barədə məqalələr yazdırır.

Həmin yazıdan xırda bir sitatı diqqətinizə təqdim edirik: “Orxan Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Orxan Məmmədovu heç vaxt əqidəsindən döndərə bilməz.

Orxan Məmmədov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Orxan Məmmədov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Orxan Məmmədov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Orxan Məmmədovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Orxan Məmmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!”.

Təsəvvür etdinizmi əziz oxucular, vəzifəsi şəhərin bitkilərini xidmət etməkdən ibarət olan şəxs “insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır”.

Saytımızın əldə etdiyi məlumata görə son günlər Orxan Məmmədovun Yaşıllaşdırma Təsərrüfatı Birliyinə baş direktor müavini gətiriləcəyi barədə söz-söhbətlər gəzir. Belə ki, Orxan Məmmədovun Nurəddin Rzayevi əvəzləyəcəyi deyilir…(aztoday.az)

Səbuhi Vaqifoğlu

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     

Ən çox oxunanlar