Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında narazılıq: -MAAŞLAR KƏSİLİB

 

Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında narazılıq: - MAAŞLAR KƏSİLİB


Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında narazılıq yaranıb.

Yenixeber.org: Redaksiyamıza adının çəkilməsini istəməyən klinika əməkdaşının verdiyi məlumata görə, direktor Samir Allahverdiyev xadimə və tibb bacılarına maaşdan əlavə ödənilən məbləği kəsib: “Cəmi 250-300 manat maaş alan bu işçilərin maaşının 50-100 manatı kəsilib. Bundan başqa bütün əməkdaşların da maaşı gecikdirilir”.

Şikayətçilər həmçinin bildirib ki, artıq klinikadan bir neçə həkim işdən gedəcəyini baş direktorun diqqətinə çatdırıb. Məlumata görə, bir qrup həkim direktorun yanına gedərək şikayət edib və noyabr ayının pulunun tam ödənilməsini istəyib. Ancaq məsələ həll edilməmiş qalıb.

Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası ilə əlaqə saxladıq.

Klinikanın qeydiyyat şöbəsinin əməkdaşı cavab üçün baş həkimə yönləndirsə də, baş həkim zənglərə cavab verməyib.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova isə saytımıza bildirib ki, məsələ dəqiqləşdirdikdən sonra özü əlaqə saxlayacaq.(cebhe.info) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam