Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Qaradağ İcra Hakimiyyətində insident:Süleyman Mikayıov “Broker” Əbülfəzlə niyə dartışıb?

 

 

 

Yenixeber.org: Qaradağ rayon İcra Hakimiyyətində bir neçə gün əvvəl insident yaşanıb. İnsident Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla, bir zamanlar ölkə gömrüyünə nəzarət edən “Broker” ləqəbli Əbülfəz Məlikov arasında yaşanıb. Qaradağ İcra Hakimiyyətindəki mənbənin bildirdiyinə görə Süleyman Mikayılovun kabinetindən yayılan səs-küy o qədər bərkdən olub ki, koridorda belə eşidilib. Bir qədər sonra isə Süleyman Mikayılovun kabinetindən qəzəbli bir adam çıxıb. Daha sonra isə icra hakimiyyətində gəzən söz-söhbətlərdən məlum olub ki, həmin şəxs hazırda “Meyvəli” meyvə-tərəvəzlərin topdan və pərakəndə satış bazasını idarə edən Əbülfəz Məlikov olub. İcra başçısının kabinetində olan səs-küy və söyüşlərin səbəbi isə bilinmir.
Qeyd edək ki, Əbülfəz Məlikov uzun müddət Azərbaycan gömrüyündə nəzarəti həyata keçirib. Bu şəxs hər zaman Azərbaycan mətbuatının diqqət mərkəzində olub və ölkə daxilində monopoliyanı təşkil edən əsas simalardan biri olub. O hətta həbsdə olan MTN generalı Akif Çovdarova “peredaça” daşınmasında belə ittiham olunub.(cumhuriyyet.az)
Qaradağ İcra hakimiyyətində baş verən insidentlə bağlı araşdırmamız davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam