Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İranın daha bir neçə vilayətindən Azərbaycana toyuq əti gətirilməsinə qadağa qoyuldu

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisinə başqa dövlətlərdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədi ilə əhaliyə xəbərdarlıq edib.

Yenixeber.org: AQTA-dan verilən məlumata görə, xəbərdarlıqda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən İranın Tehran, Təbriz, Ərdəbil, Urmiya vilayətlərində ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyinin yayılmasının müəyyən edildiyi bildirilib.

Qeyd olunub ki, bununla əlaqədar İranın Tehran, Təbriz, Ərdəbil, Urmiya vilayətlərindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi üçün AQTA tərəfindən İran İslam Respublikasının Tehran, Təbriz, Ərdəbil, Urmiya vilayətlərindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycanın Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam