Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Xurmanın müalicə etdiyi 7 xəstəlik

Xurma C və P vitaminləri, beta-karotin (A vitamini), kalium, maqnezium, yod, sink, mis, dəmir, qidalı liflər, pektinlər, bioflavonoidlər və s. kimi faydalı maddələrlə zəngindir.

Yenixeber.org: Rusiyalı həkim-diyetoloq Lyudmila Denisenkonun sözlərinə görə, xurma insan sağlamlığı üçün ən faydalı meyvələrdən biridir. Xurma mədə-bağırsağın fəaliyyətini yaxşılaşdırır, qaraciyərə müsbət təsir edir, görməni yaxşılaşdırır, dərini cavan saxlayır.

Rusiyalı diyetoloq xurmanın müalicə etdiyi xəstəlikləri və pozulmaları sadalayıb:

1. Böyrəklərdə daşlar

Maqneziumla zəngin olan xurma orqanizmdən natrium duzlarını xaric etməyə yardım edir, böyrəklərdə daşların əmələ gəlməsi riskini və böyrəklərə düşən gərginliyi azaldır.

2. Xərçəng

Xurma ən güclü antioksidant maddəsi olan beta-karotinlə zəngindir. Məhz beta-karotin xurmaya narıncı rəng bəxş edir. Beta-karotin hüceyrə səviyyəsində orqanizmi qoruyur, xərçəngin riskini azaldır.

3. Ürək xəstəlikləri

Ürək üçün ən vacib maddə kaliumdur. Xurma kaliumla olduqca zəngindir. Kalium ürəyin fəaliyyətini yaxşılaşdırır, ürəyə düşən gərginliyi və ürək tutmasının riskini azaldır, təzyiqi tənzimləməyə kömək edir.

Hipertoniya və ürək xəstəliklərindən əziyyət çəkənlər hər gün 2-3 xurma yeməlidir.

4. Damar xəstəlikləri

C və P vitaminlərinin sayəsində xurma damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir, damarların keçiriciliyini azaldır. Diyetoloq varikoz xəstəliyindən əziyyət çəkənlərə hər gün xurma yeməyi tövsiyə edir.

5. Qanazlığı

Dəmir, mis, C vitamini, fol turşusu ilə zəngin olan xurma qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı kömək edir.

6. Öskürək

Diyetoloqun sözlərinə görə, boğaz ağrısı və öskürək zamanı da xurma müalicəvi təsir edir.

7.  Dəri

Yağlı, məsaməli, səpgilərə meyilli olan dəri üçün xurma əsl dərmandır. Xurma ilə maskalar dərini əla təmizləyir, təravətləndirir, tonuslaşdırır, məsamələri daraldır.  

Bundan əlavə xurma dəriyə cavanlaşdırıcı təsir edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam