Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılmışdır- Həştərxanda - fotolar

 Yenixeber.org: Dekabrın 12-də Rusiya Federasiyasının Həştərxan şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.

Əvvəlcə Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən S.Morozov, Beynəlxalq və xarici iqtisadi əlaqələr naziri vəzifəsini icra edən D.Afanasyev, vilayətin iş adamları, diaspor üzvləri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Həştərxan bölməsinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və həmvətənlərimiz Ulu öndər Heydər Əliyevin Həştərxan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dahi şəxsiyyətin abidəsi önünə əklillər, gül dəstələri qoymuşlar.

Daha sonra Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə qonaqların və məktəb kollektivinin iştirakı ilə anım mərəsimi keçirilmişdir. İlk öncə məktəbin foyesində Ümummilli lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulmuş, Ulu Öndərin əziz və parlaq xatirəsi ehtiramla yad edilmişdir.

Mərasimdə çıxış edənlər Heydər Əliyevin fəaliyyəti, Ulu Öndərin istər Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində Azərbaycanın tarixində, o cümlədən Azərbaycan-Rusiya münasibətlərinin inkişafında əvəzsiz rolu haqqında danışmışlar.

Bildirilmişdir ki, dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Heydər Əliyev tarixdə yetişən elə nadir şəxsiyyətlərdəndir ki, ona təkcə təmsil etdiyi xalqın taleyində deyil, eləcə də dünya siyasətində böyük missiyanı həyata keçirmək nəsib olmuşdur. Azərbaycan dövlətinin banisi olan ulu öndər Heydər Əliyev Azərbaycanın dəyişməz və dönməz inkişaf strategiyasının müəllifi kimi əbədiyaşarlıq qazanmışdır. Bu gün Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, onun dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin davam etdirilməsinin, ideyalarının yaşamasının nəticəsidir.

Məktəbin müəllimləri və şagirdləri təhsil ocağının məhz Ulu Öndərin adını daşımasından fəxr etdiklərini bildirmişlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam