Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

3,9 milyard nəfər internetdən istifadə edəcək

Planet əhalisinin yarıdan çoxu internetdən istifadə edəcək.

Yenixeber.org: Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) məlumatına görə, 2018-ci ilin sonunda 3,9 milyard nəfər (planet əhalisinin 51,2%-i) internetə çıxış imkanına malik olacaq.

Birləşmiş Millətlər Təşkilatının informasiya texnologiyaları üzrə mütəxəssisləri müvafiq araşdırma aparıblar.

Onların məlumatına görə, 13 il ərzində Afrika ölkələrində internetə çıxışa malik əhalinin payı 2005-ci ildə 2,1 faizdən 2018-ci ildə 24,4 faizədək yüksəlib.

Bundan başqa, internetə çıxış imkanına malik olan dünyanın inkişaf etmiş ölkələrində yaşayan sakinlərin sayı 51,3-dən 80,9%-dək, inkişaf etməkdə olan ölkələrdə isə 7,7-dən 45,3%-dək yüksəlib.

MDB ölkələrində internetin nüfuzetmə səviyyəsi orta hesabla 71,3%, Avropa dövlətlərində isə 79,6% təşkil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam