Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

FAZİL MƏMMƏDOV YENİDƏN ƏMƏLİYYAT OLUNDU –Cərrahi müdaxilə riskli olub

fazil-memmedov1

Sabiq vergilər naziri Fazil Məmmədov yenidən əməliyyat olunub.

Yenixeber.org: Əməliyyat Gəncə Beynəlxalq Xəstəxanasında baş tutub. Nazirin pankreatitdən əziyyət çəkdiyi, bu səbəbdən də əməliyyat keçirdiyi bildirilir.

Məlumata görə, eks-nazirin ağır xəstəliklər keçirməsinə, bundan əvvəlki əməliyyatına və bədənin ümumi zəifliyinə görə budəfəki cərrahi müdaxilə riskli olub. Həkimlər onun əməliyyat vaxtı həyatını itirə biləcəyini deyiblər. Amma əməliyyat uğurlu olub. Hazırda onun vəziyyətinin stabil olduğu deyilir.

Pankreatit mədəaltı vəzinin iltihabi xəstəliyidir.

“AzPolitika.info” xatırladaq ki, infarkt  diqanozu ilə Gəncə Beynəlxalq Hospitalına yerləşdirilən Fazil Məmmədov  may ayında sözügedən xəstəxanada açıq ürək əməliyyatı keçirib. Sonradanun səhhəti kəskin ağırlaşdığından, bu ilin iyun ayında Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılmişdı. Türkiyədə “American Hastanesi”ndə aparılan müayinələr zamanı Fazil Məmmədovda təhlükəli xəstəlik hesab olunan pankreatit xəstəliyi aşkarlanmışdı.

Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu, adətən, tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.
Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.

Türkiyədə “American Hastanesi”ndə uzun müddət müalicə alan sabiq vergilər naziri ötən ayın 17-də Bakıya qayıdıb. Ancaq görünür hələ də sağlamlığını bərpa edə bilməyib. 

F. Məmmədov 2000-ci il fevral ayının 11-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Vergilər naziri təyin edilib. 5 dekabr 2017-ci ildə həmin vəzifədən vəzifəsindən azad edilib.(bakıpost)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam