Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Yeni il yaxınlaşır, otel və restoranlarda qiymətlər “əl yandırır”

Yerli turizmdə kasıb təbəqə nəzərə alınmır

Yenixeber.org: Yeni il ərəfəsində hər kəs bayramı necə qeyd etməyi düşünür, eyni zamanda biznes qurumları da bu özəl günlə bağlı hazırlıq işlərini sürətləndiriblər.

Xüsusən də, otel və restoranlar Yeni il gecəsinə özəl proqramlar hazırlayır,  turizm agentlikləri xüsusi turlar təşkil edirlər. Lakin problem də elə buradan başlayır. Rayonlara təşkil olunan 2-3 günlük turlar, restorandakı Yeni il proqramlarının qiymətləri o qədər bahadır ki, aztəminatlı və orta təbəqə üçün bunu əlçatan hesab etmək olmaz. Bəzi restoranlarda Yeni il gecəsində bir nəfərlik menyu və şou-proqramı izləmək 200-250 manata qədər yüksəlir. Məsələn, Grand Neon restoranında Yeni il gecəsini keçirmək bir nəfər üçün qiymət 200-250 manat, “Manqal Steak House” restoranında isə 200 manata başa gəlir. Digər restoranlarda isə ən ucuz qiymət 70 manat təşkil edir.

Turlara gəlincə, 3 gecə 4 günlük Qəbələ turu 2 nəfər üçün 1020 manata təklif olunur və qiymətə yalnız səhər yeməyi daxildir. 2 günlük Quba-Qusar turunda 1 nəfərin gəzintisi isə 200 manata təşkil edir.

Halbuki 2 gecə 3 günlük Tbilisi-Borjomi-Bakuriani turu nəqliyyat xərci də daxil olmaqla bir nəfər üçün 90 dollara təklif olunur.

Ölkəmizdə qiymətlərin bu qədər baha olmasının, daha doğrusu, yalnız imkanlı təbəqəni əhatə etməsinin səbəbi nədir? Azərbaycanda turizm niyə kasıb və orta təbəqə üçün əlçatan deyil?

“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran Dövlət Turizm Agentliyinin ictimai əlaqələr və mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə qiymətlərə birbaşa müdaxilənin yolverilməz olduğunu bildirdi: “Turizm Agentliyi bir dövlət qurumu olaraq, biz qiymətlərin formalaşması ilə bağlı biznesə birbaşa müdaxilə edə bilmərik. Çünki biznes bu məsələdə azaddır. Biz tövsiyyələrimizi veririk. Həmçinin müəyyən mexanizmlər var ki, dövlət strukturları bu yolla qiymətlərə hansısa təsir göstərə bilərlər.

Tövsiyələrimiz isə ondan ibarətdir ki, qiymətlər istehlakçılar üçün daha sərfəli olsun. Söhbət həm yerli, həm də xaricdən gələn turistlərdən gedir. Azərbaycan turizmi hər bir istehlakçı üçün əlçatan olmalıdır. Müxtəlif dövlət qurumlarının turizm obyektləri ilə bağlı müəyyən güzəştlərə getməsi də bu istiqamətdə müsbət rol oynaya bilər. Məsələn, vergi güzəştləri, güzəştli kreditlərin verilməsi, sahibkarların dəstəklənməsi baza şərtlərini dəyişdirərək daha əlverişli şərtlər yaratmaq olar ki, bu, qiymətlərə də təsir etsin".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam