Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Şeyx Əbdülün səhhəti pisləşdi

Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhəti qəfildən pisləşib.

Yenixeber.org: Bu haqda Şeyx Əbdül özü məlumat verib.

Bildirib ki, yuxarı tənəffüs orqanlarında problemlər yaranıb:

“Hörmətli gənc rejissorlarımızdan birinin film çəkilişlərində “Ağsaqqal” obrazını canlandırırdım. Çəkilişlər də Qəbələdə aparılırdı, proses 12-15 gün çəkdi. Orada nəmişlik olduğundan səhhətimdə problemlər yarandı. Çəkilişlər zamanı bu problemləri üzə vurmadım. Bizdə kinoda belədir, canımızı fəda edirik. Ordan qayıdandan sonra da 5 gün ardıcıl olaraq ağır çəkilişlər apardıq - Yeni il şənliklərinin çəkilişəri. Axırıncı çəkilişdən sonra səhhətim lap pisləşdi. Bronxlarımda problemlər yaranıb. Müayinələr zamanı bir məqam da ortaya çıxdı. Məlum oldu ki, qanım sürətlə aşağı düşür. Bunun da ciddi fəsadları ola bilər”.

Xalq artisti müalicəsi ilə bağlı hər hansı bir quruma müraciət etmək fikirində olmadığını xüsusi olaraq vurğulayıb: “Özümün və ailəmin vəsaiti hesabına müalicə olunacam. Hesab edirəm ki, kiməsə üz tutmaq mənə yaraşmaz”.

Xatırladaq ki, Şeyx Əbdül səhhəti ilə bağlı bu yaxında İranda müayinədən keçib. Hələ də bronxlarındakı problemə görə müalicəsini davam etdirir.(cebhe.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam