Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılovun əməlləri ilə bağlı ilginc məlumatlar yayıldı

 

Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılovun əməlləri ilə bağlı ilginc məlumatlar yayıldı
Əvvəlcə onu qeyd edək ki, Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılovun korrupsiya əməlləri barədə mətbuatda kifayət qədər yazılıb. Amma çox təəssüf ki, əlaqədar təşkilatlar, ilk növbədə isə Səhiyyə Nazirliyi israrla probblemə nümayiş etdirməkdə davam edirlər. Məhz elə bu da Əziz Mikayılova rayon sakinləri ilə istədiyi kimi rəftar etməyə, necə deyərlər, xəstəxanada bazar açmağa imkan verir.

Yenixeber.org: Belə ki, baş həkimin “nazir mənim arxamda dayanıb, hara istəyirsiniz yazın, onsuz da heç nə edə bilməyəcəksiniz” hədələri də, bizcə, elə bu laqeydlikdən bəhrələnir. Nəticədə rayon camaatı müxtəlif instansiyalara müraciət etmək zorunda qalıb.

H.Ağayev küçəsi ev 10, mənzil 9-da yaşayan rayon sakini, II qrup əlil Ismət Əlvan oğlu Hüseynov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edərək onda kömək istəmişdir. Rayon səhiyyəsini və baş həkimin əməllərini tam əks etdirən və surəti cumhuriyyet.az-ın elektron poçtuna göndərilən həmin şikayət məktununu olduğu kimi diqqətinizə çatdırırıq: “Hörmətli Mehriban xanım, mən uzun müddətdir ki, bronxit və ağ ciyər xəstəsiyəm, maddi vəziyyətim olduqca ağırdır, ailəmizin gəliri mənim aldığım 50 manat pensiyadan ibarətdir. Dərman almaq məqsədi ilə dəfələrlə Sabirabad rayon Mərkəzi Xəstəxanasanın baş həkimi Əziz Mikayılovun qəbulunda olsam da, mənə heç bir köməklik göstərmir. Başa düşə bilmirəm dövlət büdcəsindən dərman pereparatları almaq üçün ayrılan milyonlarla manat vəsait niyə Əziz Mikayılov tərəfindən mənimsənilməli, mənim kimi imkansızlar isə dava-dərmansızlıqdan ölməlidirlər? Dövlət qurumları niyə bu özbaşınalığa biganə yanaşırlar.

Hörmətli Mehriban xanım, ötən dəfə Sizə ünvanladığım müracitə də rayonda biganə yanaşıldı. Mənə şifahi xəbər göndərdilər ki, xəstəxanaya gəlim. Mən də düz dörd gün gedib gəldim. Kabinetlərin birində qarşılaşdığım Məmmədağa Məmmədov bildirdi ki, səni ya baş həkim, ya da müavini Qalib qəbul edəcək. Amma məni heç kim qəbul etmədi. Qısası, Sabirabad xəstəxanasında əhaliyə pulsuz xidmət göstərmirlər, baş həkim Sabairabad səhiyyəsini idarə etməyi Rusiya bazarında nar satmaq kimi başa düşür. Yalnız ümidimiz Sizədir, Mehriban xanım”.

Rayondakı mənbələrdən redaksiyamıza daxil olan məlumatlarda da bu və buna bənzər faktlar sadalanır. Məsələn, əldə etdiyimiz məlumata görə, dövlət tərəfindən müəyyən olunmuş dərman və ərzaq məhsullarının yalnız 0,25 faizi şöbələrə və kəndlərə verilir. Qış aylarında xəstəxanaların isidilməsi üçün ayrılmış neft məhsulları mənimsənilir. Baş həkim Əziz Mikayılov 2009-2012-ci illərdə qeyri-qanuni şəkildə iki yerdə işləyib və əmək haqqı alıb. Baş həkim olanda da VTEK-də işləməyini gizlədib. Bunu Sosial Müdafiə Nazirliyi də təsdiqləyə bilər.

Bizə çatan məlumata görə, baş həkimin qanunsuz əməllərindən rayon İH başçısının məlumatı var, amma nədənsə göz yumur. Səhiyyə Nazirliyində isə şöbə müdiri Gülmirzə Poladov onu himayə edir, yəni baş həkimin qeyri-qanuni əməllərini nazirdən gizlədir. Daha bir dəhşətli faktı qeyd edək, rayonda ana və uşaq ölümləri çox ciddi şəkildə gizlədilir. Məsələn, 1983-cü il təvəllüdlü Təhminə Təvəkkül qızı Aslanlı 20.11.2013-cü il tarixdə Sabirabad Regional Perinatal Mərkəzində bir oğlan uşağı dünyaya gətirib, lakin düzgün aparılmayan əməliyyata görə 7 gündən sonra ana dünyasını dəyişib. Fakt gizlədilib.

Bir çox hallarda başqa rayonlarda doğulan uşaqlara da Sabirabad Regional Perinatal Mərkəzində arayış verilmişdir. Məsələn, Sabirabad rayon Kürkənd sakini Vüsalə Haxverdi qızı Məmmədova 09.08.2008-ci ildə Qobustan Mərkəzi Xəstəxanasında bir qız uşağı dünyaya gətirib. Həmin uşağa 15.08.2008-ci ildə 0073465 saylı “Doğum haqqında tibbi şəhadətnamə” də verilib. Lakin beş ildən sonra Qeydiyyat şöbəsi yenidən 103 saylı forma istəyəndə Məmmədovlar Qobustana getməyə əriniblər. 27.04.2013-cü il tarixdə 103 saylı formanı elə Sabirabad Doğum Evindən əldə ediblər. Necə? Yəqin ki, bunu qanunsuz arayışı verənlər özləri bilirlər.(cümhuriyyet.az)

Bir məsələni də qeyd edək. Sabirabad PerinataL Xəstəxanasından xəstələr çox vaxt Şirvan və Bakının özəl xəstəxanalarına göndərilir. İstər-istəməz sual doğulur, niyə? Bunu orada çox şeyləri ört-basdır etmək imkamları ilə izah edənlər də var. Bir sözlə, bu yazıda Sabirabad rayon Xəstəxanasında baş verənlərin yalnız xırda bir qismi ilə sizləri tanış etdik. Növbəti yazılarımızda daha ciddi faktlarla qarşılaşacaqsınız…
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?