Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ədəbi dilin normalarını ən çox BU TELERADİOLAR POZUR - SİYAHI

 

Ədəbi dilin normalarını ən çox BU TELERADİOLAR POZUR - SİYAHI

Milli Televiziya və Radio Şurası və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrası ilə birlikdə Elektron Mediaya Yardım Fondu və Kütləvi informasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması”layihəsi əsasında aparılan monitorinqin nəticələrini açıqlayıb.

Yenixeber.org: Monitorinq nəticələri ilə bağlı keçirilən mətbuat konfransında çıxış edən Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının əməkdaşı Mehriban Əlizadə bildirib ki, avqust-sentyabr aylarında Bakıda yayımlanan İctimai, Azad Azərbaycan, "Space", "Lider", "Xəzər", ARB telekanallarında yayımlanan verilişlər prosesə cəlb edilib.

İlk dəfə olaraq 12 adda radiokanal və dublyaj filmlərinin də monitorinqi aparılıb. “Monitoprinq çərçivəsində aşkarlanan 4633 faktdan 2765-i , yəni 60 faizi fonetik normanın pozulmasıdır. Bu göstəricilər Xəzər TV-də xəbər proqramlarında 59, qeyri-xəbər proqramlarında 29 faiz, "Lider" TV-də xəbər proqramlarında 65, qeyri- xəbər proqramlarında 32, ARB TV-də xəbər proqramlarında 72, qeyri-xəbər proqramları 37 faiz təşkil edir. Məsələn, "Lider" TV-də “Bizimlə gəzin” verilişində “çəkilişimiz” sözü “çekilişimiz” kimi, “görməyə” “görmeye” kimi tələffüz edilir. Xəzər TV-nin xəbər proqramlarında 9 faiz, qeyri-xəbər proqramlarında 26 faiz, "Lider" TV-də xəbər proqramlarında 5, qeyri-xəbər proqramlarında 11 faiz, ARB TV üzrə xəbər proqramında 6, qeyri-xəbər proqramlarında 21 faiz norma pozulması leksik normanın payına düşür.

Xəzər TV-də “Nuş olsun” verilişində “Mən hər zaman bunu deyirəm ki, ən keyfiyyətli və orqanizm üçün sağlam çörək...” burada “sağlam” yox “faydalı” ifadəsi işlədilməlidir”.

M.Əlizadə bildirib ki, Xəzər TV üzrə xəbər proqramlarında morfoloji norma 21, sintaktik norma 2 faiz, qeyri-xəbər proqramlarında 14 və 7 faiz, "Lider" TV-də morfoloji norma 17, sintaktik norma 3 faiz, qeyri-xəbər proqramlarında morfoloji norma 13, sintaktik norma 9 faiz, ARB TV üzrə xəbər proqramlarında morfoloji norma 17, sintaktik norma 2 faiz, qeyri-xəbər proqramlarında morfoloji norma 16, sintaktik norma 6 faiz pozulub .

“Üslubi norma Xəzər TV-də xəbər proqramlarında 9, qeyri-xəbər proqramlarında 24, "Lider" TV-də xəbər proqramında 10, qeyri-xəbər proqramında 35 faiz, ARB TV üzrə xəbər proqramında 3, qeyri-xəbər proqramında 20 faiz təşkil edir”.

M.Əlizadə "Antenn", "Jaz", "Xəzər", "Araz", "Avto" və "Media" FM-də yayımlanan verilişlərin dilindəki pozuntuları diqqətə çatdırıb: Araz FM-də fonetik normanın 40, leksik 31, morfoloji 13, sintaktik 8, üslubi 8 faiz, Antenn FM-də fonetik 13, leksik 13, morfoloji 29, sintaktik 26, üslubi 19 faiz Avto FM - fonetik 37, leksik 20, morfoloji 13, sintaktik 16, üslubi 14 faiz, Xəzər FM - də fonetik 50, leksik 7, morfoloji 23, sintaktik 7, üslubi 13 faiz, Media FM - də fonetik norma 61, leksik 26, sintaktik 3, üslubi normanın 11 faiz pozuntu qeydə alınıb.

Gülxar


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam