Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Akademik İsa Həbibbəyli niyə dünən ərəbşünasları tərifləyib, bu gün isə pisləyir?

 

image here

Hazırda Azərbaycanın əleyhinə təbliğatla məşğul olan Tural Sadıqlının kitabına ön söz yazıb göylərə qaldıran akademik necə oldu ki, indi bunları unutdu?

Yenixeber.org: Xəbər verildiyi kimi, neçə gün əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda “İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı olub. Təqdimatda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Dilçilik İnstitutunun direktor müavini, dosent Baba Məhərrəmli, İnstitutun profesoru Sayalı Sadıqova, kitabın müəllifləri və elm xadimləri iştirak ediblər. Təqdimat mərasimini akademik İsa Həbibbəyli açaraq kitabın Azərbaycan dilçiliyi üçün əhəmiyyətindən danışıb... 

Bu barədə mətbuatda kifayət qədər məlumat verildiyindən diqqəti AMEA-nın əməkdaşlarından birinin “Təzadlar”a göndərdiyi bir maraqlı məqama çəkmək istərdik. Söhbət akademik İsa Həbibbəylinin bu tədbirdə ərəbşünasların əleyhinə söylədiyi sərt fikirlərlə onun neçə il əvvəl “Ərəbcə-Azərbaycanca lüğət”nin müəlliflərindən olan və neçə ildir xarici ölkələrdə Azərbaycanın siyasi rəhbərliyinin və ölkəmizin ümumi imicinə xələl gətirən çıxışları ilə tanınan keçmiş musavatçı Tural Sadıqlının barəsində söylədiyi tərifnamələrdən, ərəbşünaslara dərin məhəbbətindən və s. gedir.
Müəllif yazır ki, “...Axı aradan elə də çox vaxt keçməyib. Bəs necə olub ki, akademik İsa Həbibbəyli ərəbşünslara qarşı qəflətən belə fərqli mövqeyə malik olmuşdur???”.
Müəllif təqdimat mərasimindən bəzi qeydləri də bizimlə bölüşür: “Bilirsiniz ki, bu ilin noyabrın 1-də Prezident İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Akademik İsa Həbibbəyli açılış mərasimində görün nə deyir: “...Bu fərman bizim alimlərin qarşısına çox mühüm vəzifələr qoyub. Yeni orfoqrafiya qaydaları hazırlanarkən bəziləri deyirdilər ki, ərəb sözünü dəyişib azərbaycanca yazsaq, dilimiz əldən gedəcək. Sözlər iki “y” ilə deyildikdə ərəbcə səslənir, bir “y” ilə yazılanda azərbaycanca səslənir. Neçə illərdir ki, dilimizdə apastrof götürülüb. Apastrof Azərbaycan dilinə ərəb dilindən gəlmədir, o, düzgün olaraq, dilimizdən götürülüb... 
Ərəb dili aşiqləri deyirlər ki, apastrof səhv olaraq ləğv edilib, apastrofu geri qaytarmaq lazımdır. İndi görürəm ki, onların hamısı indi televizorda dilimizin saflığından danışırlar. O adamlar ki, ərəb, fars tərəfdarıdırlar, bundan ötrü imza toplayırdılar, indi onlar ayrı söz danışırlar. Ərəb dili aşiqləri, alınma sözlərin aşiqləri, yaxud da bundan istifadə edib mühiti bulandırmaq istəyənlər, “dil əldən getdi” deyə müsibət qoparmışdılar... Azərbaycan ziyalılarını iki yerə parçalamaq, aldadıb meydana, küçələrə salmaq, çaşqınlıq yaradıb sabitliyi pozmaq doğru hal deyil. Əgər biz geri çəkilməsəydik, bu adamlar sabitliyi pozmaq üçün çox sərt və radikal addım atmağa hazır idilər. Onların maraqları dil deyildi, öz şəxsi maraqları var idi. Bizim işimiz Azərbaycançılıqdır”.

Akademikin qısa zaman içində iki fərqli baxışları... 

Müəllif daha sonra akademik İsa Həbibbəylinin bir müddət əvvəl, yuxarıda qeyd edildiyi kimi, hazırda Avropa ölkələrində mühacirətdə olan, Tural Sadıqlının həmmüəllifliyi ilə çap olunmuş “Ərəbcə-Azərbaycanca lüğət” kitabına yazdığı “Ön söz”ə toxunur. Həmin “Ön söz”də isə akademik İsa Həbibbəyli “AZƏRBAYCAN ƏRƏBŞÜNASLIĞINA QİYMƏTLİ TÖHFƏ” başlığı altında yazır: “Gənc ərəbşünas Tural Sadıqlı yeni dövrdə Azərbaycan-ərəb əlaqələrinin həm iştirakçılarından, həm də araşdırıcılarından biridir. O, Azərbaycan ərəbşünaslığının yeni nəslinin layiqli təmsilçisidir. Tural Sadıqlının Misir Ərəb Respublikası ilə əlaqələri xüsusi yer tutur. Ehramlar ölkəsinə səfəri onun bu ölkənin qədim və zəngin mədəniyyəti ilə yaxından tanış olmasına kömək etmişdir. Naxçıvan Dövlət Universitetində çalışan misirli müəllimlər: professor Hani əs-Sisi və dosent Həmdi Məhruz ilə yaxından münasibətləri Tural Sadıqlınıncavan ərəbşünas kimi elmi dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Tural Sadıqlının hələ magistr olduğu zaman tərtibində iştirak etdiyi “Ərəbcə-Azərbaycanca lüğət”in ikinci nəşri məhz Naxçıvanda fəaliyyət göstərən Misirdən olan müəllimlərlə əməkdaşlığın nəticəsi kimi meydana çıxmışdır. Bu qiymətli nəşr Azərbaycanərəbşünaslığına layiqli tövhə sayıla bilər. Məlum olduğu kimi, Azərbaycanda ərəbşünaslıq elminin tarixi qədim olsa da indiyədək “Azərbaycanca-ərəbcə lüğət” hazırlanıb nəşr edilməmişdir. Bu məsələ Azərbaycan ərəbşünaslarının qarşısında duran mühüm vəzifələrdən biridir. Nə qədər çətin də olsa, AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşı, Naxçıvan Dövlət Universitetinin müəllimi Tural Sadıqlı bu mühüm və zəruri problemin həlli istiqamətində ciddi addımlar ataraq ərəbşünas həmkarı Niyaməddin Qasımovla birgə “Azərbaycanca-ərəbcə lüğəti” hazırlayıb nəşr etdirir. Bu, ölkəmizdə ilk dəfə çap olunan “Azərbaycanca-ərəbcə lüğət”dir. Bundan əvvəl lüğətçilik sahəsində qazandığı təcrübə və böyük zəhmət bahasına Tural Sadıqlı həmin zəruri işin öhdəsindən gəlmişdir. Lüğətdən aydın görünür ki, Tural Sadıqlı və Niyaməddin Qasımov həm Azərbaycan, həm də ərəb dillərinin incəliklərinə, qrammarik xüsusiyyətlərinə dərindən bələddir. “Azərbaycanca-ərəbcə lüğət”in meydana çıxması Azərbaycan ərəbşünaslığının əlamətdar hadisəsidir. Bu lüğətin hazırlanıb ərsəyə gətirilməsi böyük zəhmətin uğurlu nəticəsidir. Təqdim olunan lüğət ölkəmizdə ərəb dilini öyrənənlər, tərcüməçilər və ərəb dünyası ilə əlaqədar olan insanlar üçün böyük ərmağandır. Tural Sadıqlı və Niyaməddin Qasımovun tərtib etdikləri “Azərbaycan-ərəbcə lüğət”lə həmin sahədə illərdən bəri mövcud olan boşluq aradan qaldırılır. Bununla belə, heç şübhəsiz oxuculara təqdim edilən lüğətin müəyyən çatışmazlıqları da ola bilər. Ancaq bütövlükdə “Azərbaycanca-ərəbcə lüğət”in yaranması elmi mühitimiz üçün ələmətdar hadisədir. Bu kitab eyni zamanda Azərbaycanda yeni nəsil cavan ərəbşünasların yetişib formalaşdığını da konkret şəkildə nümayiş etdirir. Belə bir ciddi nəşrin Naxçıvanda hazırlanıb çapa təqdim edilməsi Bakı ilə yanaşı Naxçıvanda da şərqşünaslıq mühitinin formalaşmaqda olduğunu göstərir. Ümid edirəm ki, “Azərbaycanca-ərəbcə lüğət” elmi ictimaiyyət və oxucular tərəfindən rəğbətlə qarşılanacaqdır. 
İsa Həbibbəyli Naxçıvan Dövlət Universitetinin rektoru, akademik”.
Əlavə şərhə ehtiyac varmı?

“Təzadlar”dan: Məsələyə dair akademik İsa Həbibbəylinin də mövqeyini təqdim etməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam