Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Qaradağda 100 aztəminatlı ailəyə ərzaq yardımı verildi 


Qaradağ Rayon İcra Hakimiyyətində rayonun aztəminatlı əlil sakinləri ilə görüş keçirilib.
Yenixeber.org: Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova çıxış edərək 1992-ci ildən Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə təsis olunmuş Beynəlxalq Əlillər gününün ölkəmizdə qeyd olunmasını Ulu Öndər Heydər Əliyevin əlillərə göstərilən yüksək qayğının nəticəsi kimi qiymətləndirib. Beynəlxalq əlillər gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini əlillərin problemlərinə yönəltməklə onların ehtiyaclarını, tələblərini yerinə yetirmək, onlara maddi və mənəvi yardım göstərmək olduğunu vurğulayaraq, bu gün əlillər üçün tikilən yaşayış sahələrini, sağlamlıq mərkəzlərini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqətinin bariz nümunəsi olduğunu bildirib.
Daha sonra Qaradağ rayon Gözdən Əlillər Cəmiyyətinin sədri Cəlaləddin Bayramov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon İcra hakimiyyətinə əlillər adından minnətdarlığını bildirib.
Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan 100 aztəminatlı ailəyə rayon icra hakimiyyəti tərəfindən ərzaq yardımı verilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam