Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

Saleh Məmmədov narahat görünür –Bir sıra KİV-lərdə yer alan gərəksiz “bəy tərif”ləri nəyə işarədir?!…

 

Saleh Məmmədov narahat görünür – Bir sıra KİV-lərdə yer alan gərəksiz “bəy tərif”ləri nəyə işarədir?!…

Yenixeber.org: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov yenidən gündəmi zəbt edib. Əvvəlkilərdən fərqli olaraq bu dəfə Saleh Məmmədovu “tərifləmə kampaniyası”na start verilib. Bu proses o qədər bəsit və yöndəmsiz formada təşkil olunub ki, yazılan məqalələr Saleh Məmmədovun çəkdiyi yollardan heç nə ilə fərqlənmir. Inkar etmirik ki, görülən işlər, əldə olunan nailiyyətlər və uğurlar mətbuatda işıq üzü görməlidir. Amma bunlar “bəy tərifi” formasında həyata keçirilirsə xoşagəlməz bir mənzərə yaranır. Saleh Məmmədov özünü sifariş etdiyi yazılarda Ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq insan kimi göstərməyə cəhd edir. Bu günə qədər adıçəkilən şəxsin siyasi əqidəsinin kölgə altına alınması barədə heç bir yerdə məlumat dərc olunmayıb. Görəsən gündəmi zəbt edən məqalələrdə siyasi oriyentasiyanın qabardılmasında məqsəd nədir? Bəlkə hakimiyyətin yüksək qatlarında Saleh Məmmədovun siyasi baxışları haqqında söz-söhbətlər gəzişir? Hər halda bu barədə Saleh Məmmədovun özü daha çox məlumatlı ola bilər. Bu mövzu yeni olduğu üçün gələcəkdə ətraflı araşdırmalar aparmağa dəyər. Özünü dövlətçiliyimizə sabit, stabil, sadiq adam kimi təqdim etmək görəsən hansı qüvvələrə yerini göstərməkdir? “Tərifləmə kampaniyası” o qədər primitiv təşkil olunub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yazılarda Azəryol ASC kimi təqdim olunur. Bu da öz növbəsində Saleh Məmmədovun və onun ətrafının bacarıqsızlığından və qeyri professionallığından xəbər verir. Saleh Məmmədov daha da irəli gedərək, sosial şəbəkələri, sayt, portal və informasiya agentliklərini təhqir və təhdid etməkdən belə çəkinmir. Görünən odur ki, Saleh Məmmədov bununla kimlərəsə əzələ nümayiş elətdirir. Görkəmli şairimiz Mikayıl Müşfiqin adını “Müşviq” kimi tablolara həkk edən Saleh Məmmədov mətbuatı savadsızlıqda və mənəviyyatsızlıqda ittiham edir. AAYDA-nın həyata keçirdiyi uğurlu işləri heç kim inkar edə bilməz. Cənab Prezidentin də iştirakı ilə açılış mərasimi həyata keçirilən layihələr dediklərimizə sübutdur. Sifarişli yazılarda “ətrafdan gələn səslərə baxmayaraq karvanını inamla irəli aparan” Saleh Məmmədov yaxşı olardı ki, mətbuata əxlaq dərsi keçməkdənsə ətrafına diqqətlə baxsın. Büdcədən ayrılan vəsaitləri “oğurlamaq” hesabına var-dövlət, villalar, ticarət obyektləri, bahalı maşın kolleksiyaları əldə edənlər ətrafdan gələn səslərin sahibləri deyil, məhz onun ətrafıdır. Bakı şəhəri də daxil olmaqla qəsəbə və kəndlərdə dizəcən palçığa bataraq zülm çəkən insanlar Saleh Məmmədovun “şəninə təriflər” söyləyirlər, mətbuatı günahlandırmırlar. Dediklərimizi sübuta yetirmək üçün onlarla belə ünvanları AAYDA-nın rəsmilərinin diqqətinə çatdıra bilərik. AAYDA-nın rəsmiləri büdcə vəsaitlərinin “istisindən” o qədər müştəbeh olublar ki, nə dediklərinin, nə söylədiklərinin fərqində belə deyillər. Hər halda görünən budur.

Son vaxtlar əldə etdiyimiz məlumatlara görə AAYDA rəsmiləri mətbuatda gedən tənqidi yazıları dayandırmaq üçün elə mətbuatın içindən özləri ağılda və özləri əqidədə olan insanların axtarışına başlamışdılar. Deyəsən axtarışlar öz nəticəsini verib. Şirnikləndirmə prosesi o qədər güclü həyata keçirilib ki, məqalə müəllifləri təhqirləri, təhdidləri, şantajları, əxlaqi və mənəvi dəyərlərə sığmayan ifadələri nəzərə belə almayıblar. Saleh Məmmədovun bu məsələlərə rəhbərlik etdiyi barədə əlimizdə dəqiq məlumatlar olmasa da, onun yaxın ətrafının bu cür qara-qura işlərdə peşəkar olması hamıya bəllidir. Görünən odur ki, aparılan PR kampaniya gözlənilən nəticəni verməyib. Əksinə, bu tip yazılar Saleh Məmmədovun taleyini qaranlıq notlara kökləyir.

Baş verənlər ətrafında araşdırmalarımızı davam etdirəcəyik. Tapşırığın kimlər tərəfindən verildiyinə və bu xoşagəlməz kampaniyada kimlərin iştirak etdiyinə qısa zaman kəsiyində aydınlıq gətirməyə çalışacağıq. Ehtimallar onu deməyə əsas verir ki, AAYDA-nın korrupsiyada və rüşvətdə adı hallanan rəsmilərinin adları bu sırada birinci yerdə keçəcək.

Məqalədə adıçəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.(stimulxeber.az)

Ardı var…

Bizi izləyin…

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?