Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

“9500-dən çox şəhid vərəsəsinə ödəmə veriləcək”

     

"Şəhid ailələrinə birdəfəlik ödənişlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinə 800-dən çox müraciət daxil olub". 

Yenixeber.org: Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, layihə 9500-dən artıq hərbi qulluqçunun vərəsəsini əhatə edir: "Birdəfəlik ödənişlərin edilməsi üçün büdcədə bu il 58 milyon manat, gələn il isə 50 milyon manat vəsait nəzərdə tutulub. Artıq 224 şəhidin 300 vərəsəsinə köçürmə haqqında müsbət qərar verilib və 100-dən çox vərəsəyə ödəniş olunub. Növbəti həftədə 300 vərəsəyə ödənişlə bağlı qərar qəbul ediləcək. Nazirlik bu ayın sonuna qədər ümumilikdə 1000 şəhid vərəsəsinə ödəniş ediləcəyini bəyan edib. Bundan başqa 400-dən artıq məhkəmə qərarı olan işlərlə bağlı ödənişlər həyata keçiriləcək".

Nazir son vaxtlar şəhid ailələrinin vərəsələrinin şikayətləri ilə bağlı məsələyə də toxunub: "117 şikayət ərizəsi üzrə araşdırma aparmışıq. Bu, haradasa 70-75 şəhid ailəsini təşkil edir. İnsanlara ödəniş edildiyi barədə Dövlət Sığorta Şirkətinin məlumatı var. Eyni zamanda onlara notariuslar tərəfindən vərəsəlik veriblər və reyestrə salınıblar. İndi həmin şəxslər deyirlər ki, biz pul almamışıq. Belədirsə, həmin şəxslərin sənədlərdəki imzaları ilə bağlı məsələyə hüquqi çərçivədə baxılmalıdır".
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?