MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı
Quliyevin son dövrlər siyasi aktivliyinin azalması, əvvəlki qədər fəal çıxışlar etməməsi 2015-ci il hadisələri ilə əlaqələndirilir. Siam.az-ın verdiyi xəbərə görə, KİV məsələni MTN amilinə bağlayıb

Yenixeber.org: Ü.Quliyevin Eldar Mahmudovun əsas kadrı, həbs edilmiş MTN-də Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyevlə qohumluq əlaqəsi işləri korlayıb. Onun son illərdə daha da passivləşməsi məhz MTN hadisələri ilə bağlıdır. Bu olaylarda Çingiz Əsədullayev mandatını itirdi, partiya sədrlərindən biri deputat seçilmədi. Odur ki, Ü.Quliyev sakit olmağa üstünlük verməklə vəziyyətdən qismən çıxın. Onun Elçin Quliyevlə əlaqələri haqda yuxarılar səhih informasiyalara malikdir. İddialara görə, növbəti parlamentdə Ü.Quliyev olmayacaq. Necə ki, Ç.Əsədullayev və partiya sədrlərindən biri parlamentdə olmadı. Bu səssizliyi ilə hazırkı mandatını qorumuş Ü.Quliyevin kənara çəkilməsi E.Quliyevin həbsindən sonra başlayıb. Halbuki, deputat əvvəllər aktiv fəaliyyət göstərirdi, Milli Məclisdə çıxışlar edirdi, mətbuata müsahibələr verirdi. 

2015-ci ildə cumhuriyyet.az yazmışdı ki, MTN-nin keçmiş idarə rəisi Akif Çovdarov Ülvi Quliyevin yanına gələrək ondan 200 min manat nəğd pul və ayda 20 min manat vermək tələb edib. İdarə rəisi millət vəkilinə bildirib ki, əgər istədikləri hesabı verməsə ona məxsus obyektlərdəki apteklərdə narkotik dərmanların kütləvi satışı adı altında əməliyyat keçiriləcək və bu məsələ onun yaxın adamlarının adına yazılaraq həbs olunacaqlar. Millət vəkili ondan istənilən hesaba görə narazılığını bildirərək hakimiyyətin yuxarı dairələrinə Eldar Mahmudovdan və Akif Çovdarovdan şikayət edib. Deputatın şikayətindən sonra Akif Çovdarov Ülvi Quliyevi yanına çağıraraq aylıq hesab almaqdan vaz keçdiklərini və 30 min manat verməklə canını qurtaracağını deyib. Deputat məcburiyyət qarşısında qalaraq MTN generalına 30 min manat hesab verib. Mediada yayılan bu məlumatlarla bağlı hörmətli millət vəkilinin münasibətini dərc etməyə hazırıq.