Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ƏHMƏDLİ PARKINI ZÜLMƏTƏ BÜRÜYƏNLƏR KİMLƏRDİR?- fotolar (eksklyüziv)

 

 

 

Yenixeber.org: Xətai rayonu, Ukrayna dairəsində yerləşən “Heydər parkı”nın nəinki içindən, heç ətrafından elə keçmək mümkün deyil. Səbəb yolun qırağında yerləşən bu parkın başdan-başa zülmətə qərq olmasıdır. Bəs bu istirahət guşəsi sayılan parkı zülmətə bürüyən “qüvvələr” kimlərdir?

 

Axşam tərəfi saat 18.00 radələrində şəxsən özüm parkın içi ilə yürüyürdüm. Mübaliğə olmasın, sözün həqiqi mənasında gözüm ayağımın altını seçmirdi. Çünki ərazicə geniş, yeri mərmərlə döşənən parkda sayca ağac bolluğu bir növ meşəni xatırladır. Əslində bura havası ekoloji cəhətdən çox təmiz olan məkandır. Lakin təəssüf ki, parkda bir dənə də olsun işıqlandırıcı sistemin olmaması az əvvəl sadaladığım bütün gözəl cəhətləri kölgədə qoyur.

 

Maraq üçün parkın nəzarətçisi Əhməd dayıya şəxsən yaxınlaşıb niyə hər tərəfin zülmətə qəra olduğunu xəbər aldım. Sən demə, Əhməd dayının ürəyi dolu imiş. Dünən ona aiddiyyatı qurumdan səlahiyyətli şəxslər “göz vuraraq” bildiriblər ki, işığı qəsdən kəsmişik, ilin axırıdı, qənaət rejimi edirik. Burda haqlı sualım yaranır. İlin-günün bu vədəsində söhbət hansı qənaət rejimindən, nəyə qənaətdən gedir?

 

Ən azı Ulu Öndərin adını daşıyan parkı qaranlığa qərq etməklə qənaət edənlər görəsən hansı əqidəyə qulluq edirlər???

Mövzunu diqqətdə saxlayacağıq.

 

 

 

 

 

 

 

Mənzər Qurbanova


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam