Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İDARƏETMƏ ELMİNİ BİLİRİKMİ?

 

Şairəm çün ki vəzifəm budur əşar yazım,

Pisi pis, əyrini əyri düzü həmvar yazım.

                                                    M.Ə. Sabir

                                       Birinci hissə

Yenixeber.org: Müstəqil respublikamızın əhalsinin sayını və ərazisini RF,ABŞ, ÇİN Xalq Respublikası,Hindistan Respublikası,Bıyük Britaniya və AFR-lə müqayisə etmək mümkünsüzdür. Həmin ölkələrdə Prezident vəzifəsi ilə yanaşı , Baş Nazir postlarının olması da vacib hesab olunur.Ancaq Böyük Britaniyada Baş nazir postu fəaliyyətdədir.

İllərlə arzuladığımız müstəqilliyi qan bahasına əldə etdik.Bəs bizim gənc respublikamızın idarə edilməsində hansı  apartlar fəaliyyət göstərir?Dəfələrlə internetdə idarə etmə sahəsinə aid çıxışlarım olub. İqtisad elmləri doktoru Qubad İbad oğlubir çıxışındagöstərmişdi ki, büdcə vəsaitinin 60 %-i idarə etməyə sərf olunub. Keçmiş ittifaq dövründən bu günə kimi Respublikanın İdarə edilməsində Prezident Aparatı (kecmiş KP Mərkəzi Komitəsi),Nazirlər Kabineti və Milli Məclis  fəaliyyət göstərir.Yuxarıda qeyd etdyim kimi idarə etməyə dair mətbuatdakı çıxışımda yazmışdım:- :“DÖVLƏT və HÖKUMƏT, Bizə Nazirlər Kabineti lazımdırmı? NK ali səviyyəli idarə edici orqandır,yoxsa ictimai təminat şöbəsi?”(VH qəzeti 12 avqust 2011-ci il).Yəni  Respublikamızın idarə edilməsinəndə Nazirlər Kabineti aparatının mövcudluğu vacib deyil.Bununla belə Novruz Məmmədova hörmət bəsləməklə dərin bilgi sahibi olduğunu qeyd edib demək istəyirəm ki, ona xarici işlər nazirliyinə təyinat verilsəydi  daha yaxşı olardı.O,Prezident Aparatında fəaliyyət göstərdiyi zamanda xarici siyasət məsələləri üzrə verilən sorğulara verdiyi cavablar diqqət çəkən olurdu.Yeri gəlmişkən internetdə məlumat verilir ki, Gürcüstan respublkasında prezident seçkisi axırıncı dəfə olaraq keçirilir. Bu seçkidən sonra respublikanı Parlament idarə edəcəkdir.

Respublikamızda maliyyə fəaliyyəti ilə Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Gömrük Komitəsi tərəfindən idarə olunur.

Gömrük Komitəsində isə mənsəbpərəstliyin, maliyyə cinayətlərinin kökü kəsilmir. Maliyyə Nazirliyi təkcə maliyyədə xəzinə rolunu oynamamlı, mənsəbpərəstliyin, maliyyə cinayətlərininkökünün kəsilməsi və nazirliyin  əməli fəaliyyətləməşğul olması ücün GK fəaliyyəti də Maliyyə Nazirliyinə tapşıprlmalıdır.

İkinci bir fakt. Respublikada İqtisadiyyat Nazirliyi və Kənd təsərrüfatı Nazirliyi fəaliyyət göstərir. Kənd təsərrüfatı iqtisadiyyatın bir qoludur. Respublikada iqtisadiyyatla məşğul olan hər iki nazirlik birləşdirilsə idarə etmədə  büdcə vəsaitinə qənaət olar və bu sahədə də mənsəb güdmə əməliyyatına son qoyular.

Ücüncü fakt.Respublikada Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Nazirliyi fəaliyyət göstərir. Bədbəxtlik burasındadır ki,

Azərbaycan Milli Aerokosmik Agentliyini müstəqil inkişaf etdirmək əvəzinə həmin Agetlikdən Azərbaycan sözünü silib Müdafiə Sənayesinin tabeliyinə verib nöyüt (neft) alimini də həmin agentliyə baş direktor təyin etdilər. Beləliklə Azərbaycanda kosmik elmin yaradıcısı olan Tofiq İsmayılovun irsinin üstündən bir qara xətt çəkildi. Yer ətrafında süni peyk uçurtmaqla kosmik elmi inkişaf etdirmək mümkünsüzdür.

Bəs neyləmək lazımdır.  Müdafiə Sənayesi Nazirliyini       Müdafiə Nazirliyinin tabeliyinə vermək və Respublikamızda       kosmik elmi inkişaf etdirmək üçün müstəqil Azərbaycan Milli

AeroKosmik Agentliyinin fəaliyyəti bərpa olunmalıdır. Bu agentliyin elə bir yüksək səviyyəli kadrı var ki, həmin kadr Azərbaycanda yox, ancaq xaricdə tanınır.Səbəbi də budur ki,bir sıra Millət vəkilləri kimi hakimiyyətə yarınmağı bacarmır.Ali idarə etmənin ən böyük düşməni tabeliyindəkilərin ucuz-ucuz yarınmalarıdır.

Azərbaycan kosmosa peyk uçurdur, kosmik agentliyini isə nöyüt alimi pensiya idarəsinə çevirir. Bu nöyüt alimində fitri istedad var idisə alimliyini neft sahəsində  daha da inkişaf etdirəydi. Ömrünün sonunda kosmik elmdə nə itirmişdi? Kosmik elm gülüşlü günlərə qalıb ...

MÜRVƏTSİZLİK SİHDROMU

İkinci hissə

MÜRÜVVƏT-danışıq dilində mürvət: 1. İnsanlıq,insana yaraşan sifət; 2. Mərhəmət,şəfqət,insaf; 3. Mərdlik, comərdlik kimi izah olunur.

SİNDROM-(toplanma), eyni patogenezə səbəb olan xəstəlik əlamətlərində müəyyən uyğunluq kimi isah olunur (ASE cild 8,səh. 444).

Beyləqan təhsil şöbəsinin müdiri və Abşeron İcra Hakimiyyətinin başçısı işlədikləri vəzifələrdə necə böyük “hörmət”qazanıblarsa və yuxarılarda kimlərə söykəniblərsə saytda verilən imzalı tənqidləri saya da salmırlar.Ali şəxslərimiz isə yazılanlara belə əhəmiyət vermirlər. Həyasızlığa qarşı susmaq idarə etməyə kəskin zərbədir.

Milli Məclisin debutatı olan qadın ali şəxslərdən birinə tərifdən kitab bağlayır. Ölüm hökmünün geri qaytarılması haqqında təklif verir.Sonra qatı cinayət törədən övladını isə törətdiyi cinayətdən kənar olduğunu sübuta yetirir.

Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin  sədr akademiki yuxarılara yarınmaq xatirinə büdcəni vəsaitlə təmin etmək  ücün kənd təsərrüfatı məhsulları istehsal edən müəssisləri vergi ödənişinə cəlb etmək təklifi verir.Keçmiş İttifaq dövründə isə kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğul olan dövlət müəssisələrinə dərman preparatlarının dəyərinin müəyyən hissəsi  dövlət büdcəsi hesabına ödənilirdi.Ət istehsalı ilə məşğul olan təsərrüfatlara isə tədarük qiymətləri ilə satış qiymətləri arasındakı fərqə xidmət edici banklara təqdim olunan hesablaşmalar əsasında hər on beş gündən bir dövlət büdcəsindən vəsait buraxılırdı.Cari ildə ət istesalının həcmi ötən beş illiyin orta səviyyəsindən yüksək olduqda da maliyyə hesabatına əsasən təsərrüfatlara büdcədən vəsait verilirdi.

Bu faktları ona görə qeyd edirəm ki, iqtisad elmləri doktoru akademik elmi rütbəsini keçmişlərdə aldığı halda təcrübədə özünü doğrultmuş maliyyə qanunlarını bilə-bilə unutması  yarınmaq,özünü bilgili göstərmək xatirinə vəzifədə əyləşmək üçün düşüncəsiz gedişiydi. Bu təkliflə barışmayan Milli Məclisin işi bilən üzvləri akademikin təklifini haqlı olaraq rədd etdilər.

Elm sahəsində respublikada iki elmi müəssisə-Azərbaycan Milli Elmlər Akademiyası və Ali Attestasiya komissiyası fəaliyyət göstərir. Dəhşət odur ki, keyfiyyətsiz,köçürmədən istifadə edilibistehsalatda təstiqini doğrultmayan elmi rütbələrin verilməsinin bir adət halını almasını heç kim görmək istəməmişdir.Canı boğazına yığılmış bir qrup həqiqi elm insanları rəsmi surətdə Respublika Prezidentinə müraciət etmiş və həmin müraciətlər saytlarda dərc olunandan sonra AAK-ın kökünə balta çalınmışdır. Bunu ona görə qeyd edirəm ki, həminelmi rütbələrə milyon manatlarla dövlət büdcəsindən nəqd pul vəsaiti ödənilmiş, həqiqi elmi rütbə almaq istəyənlər isə kənarda qalmışlar. Bu barədə Azərbaycan Dövlət Dillər Universitetində 1997-ci ildən  müəllim işləyən Kəmalə Haqverdiyeva barədə edilən haqsızlır deyilənlərə əyani sübutdur.Demək istədiyim budur ki, gərək hər bu kimi məsələlərin həlli ücün Respublika Prezidentinə müraciətmi edilməlidir? Bəs Azərbaycan Milli Elmlər Akademiyası nə işlə məşğuldur,haraya baxır?

Bir ildən çoxdur ki, hüquqşünas Aslan İsmayılovla Siyəzən quşçuluq təsərrüfatının sahibkarı Mürvət Həsənov didişirlər. Türkiyədə yumurta istehsalı ilə məşğul olan bir erməni dığasının quyruğundan yapışanlar bir-birilərinə qarşı  M.Həsənov hüquqelmindən A.İsmayılova, öz növbəsində A.İsmayılov da yumurta istehsalından,  maliyyədən və debitor-kriditor borclarından M.Həsənovamühazirələr oxuyurlar. Bu iki şəxs arasında ittihamlar–təhqirlər ən yüksək həddə çatsa da susmaq bilmirlər.Heç kim tarixən Siyəzən broyler fabrikinin kim tərəfindən hasilə gətirildiyi və nə səbəbə görə SSRİ miqyasında sayılıb seçilən olduğunu, yaxın Orta Şərqdə tayı-bərabəri olmadığını, Kicik Orta Asiyaya respublikalarına  damazlıq yumurta ixrac etdyi və fabrikin iş təcrübəsi ilə mraqlanmırlar. Bu fabriki yaradan sübuta yetirmişdir ki, bir plimutruk cinsli  broyler toyuğu bir il ərzinə iki yüz kiloqram ət məhsulu verir.Hər kəsin arxasında yuxarı dairədə bir şəxs dayananda işləmək əvəzinə didişmələr kara gəlir.

Bu faktları önə çəkməyimin səbləri var. Biz Azadlığı qanımız bahasına qazandıq. Xalqımızı Azadlıq uğurunda mübarizəyə aparan liderlərə can sağlığı,ömür uzuluğu,Azadlıq uğurunda həlak olanlara Tanrıdan rəhmət diləyirəm.

Ancaq Müstəqil dövlətimizi idarə edə bildikmi, bilirikmi? 1993-cü ildən başlayaraqyüz milyon  dollarla vəsait xarici dövlətlərin banklarına, ofşor hesablara daşınmağa başladı. Azərbaycan Beynəlxalq Bankı müflis oldu.Sayılıb seçilən nazirliklərin nazirləri dövlət əmlakını talamaqla dövlətəxəyanət etdilər. Rayonlarda vəzifə sahibləri həyasızlaşaraq özlərini xəlifə yerində gördülər. Xəlifələr yuxarılarda özlərinə dayaq duranlar tapdılar.Mənsəbpərəstlik dövlət müəssisələrində adihala çevrildi. Yararsız elmi titulların sayının artması hesabına dövlətin milyon manatlarla pul vəsaiti buxarlanmağa başladı. Arxalılar vəzifə sahibi olmaq üçün bir rayonu ikiləşdirdilər.Maliyyə palatası yaradıb onu  mənimsəməyi bacarana tapşırdılar...

Güvəndiyimiz yeraltı sərvət-neft əbədi deyil.Müxtəlif mənbələrdən gələn pul vəsitini əli vəliyə verir, vəli də ötürür dəllallara. Zəminə Hacıyevaların vasitəsiylə həmin pul vəsaiti Londonda havaya sovrulandan sonra məhkəmələr və hüquqmühafizə orqanları işə düşürlər.Bəyəm ABB-nin iflasa uğramasında və vəsatinin talan edilməsində təkcəHacıyevlərmi cinayətlər törətmişlər? Yüksək slahiyyət sahibləri talan barədə verilən məlumatlara hansı səbəblərə görə vaxtında diqqət yetirmirdilər?  Tapılmazları bu günciddi-cəhdlə axtarmaq isə xalqımızı barmaqlarına dolamaq və mənliksizlikdir...

Bu qeyd edilənlər onu sübut edirki,respublikadakı ictimai quruluşu idarə edənlərin(nazirlər,icra hakimiyyətləri, bələdiyyə rəisləri, dövlətinidarələrində əbədi kök atmış slahiyyət sahibləri,kommersiya bankları) əksəriyyətimürvətsizlik sindromuna tutulmuşlar.

Vəzifə sahiblərini vəzifələrində bilə-bilə buraxdıqları ciddi nöqsanlara görə vəzifələindən kənarlaşdırılması və yaxud həbs edilməsi dəbir nəticə vermir. Vəzifəyə yeni təyin olunanlar da əvvəlkilərdən fərqlənmirlər. Bəs neyləmək lazımdır?

İlkin olaraq xalqımızın ruhunun və vərdişlərinin təzahürü- xilqətimizə zidd olan maddi aristotal məntiqinin varlığına şərait yaradan bütün halların kökünə bir dəfəlik balta çalmaq lazımdır.

Maddi aristotal məntiq sovetlərdən qalmadır. Müstəqil olduğumuz dönəmdə də hakimiyyət nə qədər çalışsa da həmin məntiqi insanlarımızın beynindən çıxara bilməyib və indinin özündə də çıxarılma müşkül məsələyə çevrilib. Ələ baxımlıq,aldatmalar, hərbir sahələrdə mənsəbpəstliklər, zorakılıqlar ölkədə at oynadıb və indinin özündə də  oynadırlar.

Avqust 2012-ci il tarixli çıxışımda yazmışdım: “ Azərbaycan türkçülüyü ideyası” yoxsa “Azər xalqının yeni milli məfkurəsi”. Həmin sualın cavabını 13 may 2011-ci il tarixdən 4 noyabr 2011 –ci il tarixədək “V.H.” mətbuatında çıxış edən Azər Əbdül Əli oğlu Həsənli vermişdir. Onun ictimai elmlər sahəsində  nailiyyətlər sərmayədər quruluşunun əvəzinə gələcək yeni postkapitalist təlimi və Azər xalqının yeni milli məkurəsinin  hazılanmasından ibarətdir. O, yazır: ”Yeni postkapitalist quruluşunun adı “tənmayədar”dır. Çox təəssüf ki, Azər Həsənlinin ”Yeni postkapitalist quruluşu” elmi kəşfi şəxsi maraqlar xatirinə AAK-da təstiqdən keçməmişdir. Yeni olan “tənmayadar” istilahının açıqlaması belədir: “tən”-bərabərliyi,

“maya”-kapitalı, “dar” şəkilçisi isə sahibliyi bildirir.

Bəs neyləmək və kimə inanmaq lazımdır ki, dölətimizin idarə edilməsində ciddi qüsurlar baş verməsin?Bir vətəndaş olaraqPrezidentlə yanaşı yalnız iki nəfərə-Millət vəkili Vahid Əhmədova və DTX-nın rəisi Genrarl polkovnik Mədət Quliyevə inanıram. V.Əhmədov konkret, qısa vəkəsərli danışır. M.Quliyev isə cinayətkarları qabaqlayır və yerindəcə haqqına çatdırır.Bir neçə nəfərlə ictimai quruluşu sağlamlaşdırmaq mümkündürmü?

Yuxarıda Azərbaycan Milli AeroKosmik Agentlik haqqnda fikrimi bildirib təklifimi vermişəm.Bəs respublikada ictimai quruluşu və btövlükdə idarə etməni sağlamlaşdırmaq üçün nə etmək lazımdır?

Birinci olaraq Vahid Əhmədovu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin  sədri, keçmiş İqtisaiyyat naziri Fərhad Əiyev isə həmin komitənin üzvü  təyin edilərsə məqsədə müvafiq olar. Dövlətin ali aparatlarında əyləşib yerlərdəki kommersiya və özəl müəssisələrə kuratorluq edib hax qopardanları isə vəzifələrindən sorğu sualsız azad edib həmin kuratorluq etdikləri müəssisələrə göndərilərsə məsəbpərstlik aradan qaldırılmış olar.

Elmimizin inkişafı  haqqında nə demək olar? Respulikamızda bir sıra akademiyalar fəaliyyət göstərir. Bunlardan biri də Azərbaycan Milli Aviasiya Akademiyasıdır ki,onun demək olar dünya miqyasında analoqu yoxdur.

A.M Paşayev ilk sovet alimlərinin sırasında material və məmulatların zədəsiz nəzarət üsullarının yaradılmasına başlamış və öz həyatının 40 ildən artıq bir dövrünü zədəsiz nəzarət fizikasının və yarımkeçiricilərin parametrlərinin ölçülməsi metodlarının elmi əsaslarının inkişafına və tədqiqinə həsr etmişdir.

Akademik A.M.Paşayev haqlı olaraq  yüksək və ifratyüksək  tezliklər sahəsində materialların kontakt üsulları ilə tədqiqatlarının fiziki əsaslarının yaradıcısı hesab edilir.  Akademiyanın rektoru Arif Mir Cəlal oğlu Paşayev tərəfindən yaradılıb istehsalatda tətbiq olunan : a) yarımkeçirici material və strukturların xüsusi müqavimətinin kontaktsız ölçülməsi üçün “Siqma” seriyalı cihaz; b) yüksək aşqarlanmış yarımkeçiricilərin və yarımmetalların kontaktsız tədqiqi üçün “RO” seriyalı cihaz; v) yarımkeçirici materiallarda qeyri-həmcinsliyin kontaktsız ölçülməsi üçün “BİN” seriyalı cihazlarla alim dərkinin hüdudsuz olduğunu sübuta yetirmişdir.Onun qayğısı sayəsində taxıl toxumlarının səpindən qabaq işlənilməsində, həm də genbank tədqiqatlarında çox ciddi elmi axtarışların aparılmasına, ozonlaşdırmanın optimal dozalarının və bu dozaları əldə etməyə imkan verən qurğuların və texnologiyaların hazırlanması üzrə tələb olunan layihənin  tətbiqinin müəllifi,texnika elmləri doktoru,  Milli Aviasiya Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, hazırkı istesalatın tətbiqində özünü doğruldan bir sıra ixtiralarına görə Mühəndislik  rəşadəti qızıl medalının sahibi olmuş Telman İnayət oğlu Nizamov elm aləmində dəyərli şəxsiyyət kimi tanınır.

Əgər elmi təşkilatların Azərbaycan Milli Elmlər Akademiyası, Ali Attestasiya Komissiyası...Azərbaycan Milli Aviasiya Akademiyası kimi fəaliyyət göstərsələr elm sahəsində buraxılan səhvlər-süründürməçilik,keyfiyyətsizlik, ələ baxımlıq da aradan qaldırıla bilər.

        Quliyev Elxan Sarı o.                       noyabr 2018-ci il.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam