Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Atatürkün vəfatından 80 il ötür

 

 

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatından 80 il ötür.

Yenixeber.org: Atatürk 1938-ci il noyabrın 10-da 57 yaşında İstanbulda dünyasını dəyişib.

Bu münasibətlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, nazirlər, müxalifət liderləri və ictimaiyyət nümayəndələri Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət ediblər. R.T.Ərdoğan məqbərənin qarşısına ay ulduzlu çələng qoyub, Türkiyənin İstiqlal Marşı oxunub. R.T.Ərdoğan xatirə dəftərini imzalayıb. 

Qeyd edək ki, Türkiyə Qurtuluş Savaşının hərbi və siyasi lideri, Türkiyə Cümhuriyyətinin qurucusu, Mustafa Kamal Atatürk 1881-ci ilə Salonikidə doğulub.

O, 1923-cü ildən 1938-ci ildək ölkəyə rəhbərlik edib və Türkiyə Cümhuriyətinin ilk Prezidenti olub.

Atatürk Birinci Dünya müharibəsi əsnasında Osmanlı ordusunda xidmət edib. Çanaqqala cəbhəsindəki döyüşlərdə fərqləndiyinə görə polkovnikliyə, Sina-Fələstin cəbhəsində isə İldırım Orduları generallığına layiq görülüb.

Atatürk Osmanlı İmperiyasının yerində qurulan Türkiyə Cümhuriyyətinin müasir və dünyəvi bir milli dövlətə çevirmək üçün siyasi, iqtisadi, ictimai və mədəni islahatlar aparıb. Onun liderliyi altında minlərlə yeni məktəb inşa edilib. İbtidai təhsil pulsuz və zəruri hala gətirilib.

Qadınlara qarşı hüquq bərabərsizliyini aradan qaldırıb. Kəndlilərin ağır vergilərini azaldıb.

1938-ci ildəki vəfatına qədər 4 dəfə Türkiyə Prezidenti seçilən Atatürk, ölkəsində bu vəzifəni ən uzun müddətə icra edən siyasi liderdir.

Atatürkün fəaliyyəti tarixdə oynadığı əhəmiyyətli roluna görə bir çox yazar və tarixçi tərəfindən araşdırılıb və haqqında 379 əsər yazılıb.

Hər il Türkiyədə və ondan xaricdə Atatürksevərlər onu hörmət və ehtiramla yad edirlər. Atatürkü yad etmək üçün dövlət, hökumət rəmsiləri, deputatlar, siyasi partiyaların liderləri, icitmiyyətin nümayəndələri Antıqəbiri ziyarət edirlər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam