Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Sahil Babayev qohumbazlıq edir-vəzfə təyinatında

 

 

 

 

Səlim Müslümovun sələfi də onun yolu ilə gedir

 

Yenixeber.org: Ötən sayımızda dərc olunmuş "Sahil Babyev kimə xidmət edir?” başlıqlı məqalə (http://sozcu.info/prizma/8386-Sahil-Babayev-kimə-xidmət-edir.html) cəmiyyətdə geniş rezonans doğurdu. Bu məqalədən sonra redaksiyamıza Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyində baş verən proseslərlə bağlı daxil olan məlumatlarda aparılan kadr siyasətinin Səlim Müslümovun kadr siyasətindən fərqlənmədiyini, əksinə eyni prinsiplər üzərində aparıldığından xəbər verir. Bunu təqid edən məlumatlara keçməzdən əvvəl sabiq nazir Səlim Müslümovun apardığı kadr siyasətinin bəzi məqamalarını xatırlatmaq istərdik.

Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiə Naziri  vəzifəsindən azad edildikdən sonra ona qarşı yönələn ittihamların əsasını yüksək vəzifələrə yaxın qohumlarını təyin etməsi təşkil edirdi. Məlum olduğu kimi Səlim Müslümov bacısının kürəkəni Fuad Əlizadəni  Dövlət Əmək Müfəttişliyinin  rəisi, qaynı Ağalar Xasayev DSMF-nin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi, bacısının həyat yoldaşı Əsgər Əsgərovu Dövlət Sosial Müdafiə Fondunun  Nəsimi rayon şöbəsinə müdir, əmisi oğlu Yalçın Müslümovu nazirin müşaviri təyin etmişdi. Bu şəxslərdən başqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Səlim Müslümovun başqa qohumları da işləyirdi. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi tenderlərdən Səlim Müslümovun qohumlarının yararlanması haqqında da məlumatlar var. Bununla bağlı növbəti araşdırmalarımızın birində bəhs edəcəyik. Hələlik isə Səlim Müslümovun nazir olduğu müddətdə həyata keçirdiyi kadr siyasəti və onun istefaya göndərilməsi və Sahil Babayevin nazir təyin edilməsindən sonra baş verən prosesləri qeyd etməyə çalışacağıq. 

 Səlim Müslümovu Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri vəzifəsində əvəz etdikdən qısa müddət sonra onların hamısını işdən çıxardı. Sahil Babayevin bu addımı cəmiyyət tərəfindən rəğbətlə qarşılansa da, həyata keçirdiyi kadr təyinatları təəssüf və məyusluq doğurmağa başladı. Çünki, Sahil Babayev də sələfi Səlim Müslümovun yolu ilə gedərək təcrübəli kadrları işdən çıxararaq onların yerinə bu sahəyə tamamilə yad olan yaxın qohumlarını təyin etməyə başlayıb. 

Belə ki, Sahil Babayev Hüseyn Kərimovu DSMF-nin Binəqədi rayon şöbəsinin müdiri vəzifəsindən azad etdikdən sonra onun yerinə Cahandar Axundov adlı şəxsi təyin edib. Cahandar Axundovun əvvələr Bakı şəhərinin Kommunal xidmətində işlədiyi, ancaq sabiq mer Hacıbala Abutalıbov tərəfindən işdən azad edildiyi deyilir.

İndi isə Sahil Babayev DSMF-nin Ağcabədi rayon şöbəsinin müdiri vəzifəsinə Cahandar Axundovun bacanağı Fazil Elman oğlu Əkbərovu təyin etmək istəyir. Doğrudur, DSMF-nin rəsmi saytında Fondun Ağcabədi şöbəsinin müdiri kimi İlham Qənbərovun adı keçir. Lakin, nazir Sahil Babayev onu bu yaxınlarda vəzifəsindən azad etsə də, bu dəyişiklik DSMF-nin rəsmi saytında öz əksini tapmayıb. Yeri gəlmişkən qeyd edək ki, DSMF-nin rəsmi saytında Binəqədi şöbəsinin müdiri kimi Hüseyn Kərimovun adı keçir. Bu isə rəqəmsal iqtisadiyyata keçidlə bağlı dövlət orqanları qarşısında prezidentin fərmanı ilə qoyulan vəzifələrin mahiyyətinə ziddir. Bu məqam gənc kadr hesab olunan nazir Sahil Babayevin də rəqəmsal iqtisadiyyatın fəlsəfəsindən uzaq olduğunu göstərir. Əks halda nazir bu günə kimi DSMF-nin rəsmi saytının köhnəlmiş məlumatlardan ibarət olmasının qarşısını almaq üçün addım atardı. Bu mövuz ilə bağlı növbəti saylarımızda geniş araşdırma aparmağa çalışacağıq.

Hələlik isə nazir Sahil Babayevin kadr siyasətinin incəliklərindən bəhs etmək istərdik. Cahandar Axundov kimi onun bacanağı Fazil Ələkbərov bu günə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləməyib. Onun sonuncu iş yeri Dövlət Sığorta Kommersiya Şirkətinin Ağcabədi filialının müdiri vəzifəsi olub. Yeri gəlmişkən qeyd edək ki, bu sətrlər yazılanda Dövlət Sığorta Kommersiya Şirkətinin rəsmi saytında (http://azersigorta.az/az/app/filiallar) Şirkətin Ağcabədi filialının müdiri kimi Fazil Elman oğlu Əkbərov qeyd olunub.

Fazil Ələkbərovun isə keçmiş vəzifəsinə, Dövlət Sığorta Kommersiya Şirkətinin Ağcabədi filialın müdiri vəzifəsinə qaynı, keçmiş "QAİ” işçisi Adil Bağırovun təyin edilməsinə nail olduğu haqqında məlumatlar var. Bu şəxsin ali təhsillə malik olmadığı halda bi vəzifəyə necə təyin olunması ilə bağlı məsələyə Dövlət Sığorta Kommersiya Şirkətinin rəhbərliyinin münasibətini öyrənməyə çalışacağıq. 

Sahil Babayevin iki bacanağı, Cahandar Axundov və Fazil Ələkbərovu DSMF-nin yerli şöbələrinin müdiri təyin etməsi bu şəxslərin onun qohumları olması ilə bağlıdır. Əks halda ixtisasca hüquqşünas olan nazir Sahil Babayev DSMF-nin Ağcabədi şöbəsinin rəhbərliyinə ixtisaca aqronom olan birini gətirməyə çalışmazdı. Məlumata görə Cahandar Axundovun və Fazil Əkbərovun həyat yoldaşları ilə nazir Sahil Babayevin kiçik qardaşı Samir Babayevin həyat yoldaşı əmiqızıdırlar. Bacanaqların DSM-nin şöbə müdirləri təyin olunmasında məhz nazirin kiçik qardaşı Samir Babayevin mövqeyinin əsas rol oynadığı da məlumatda öz əksini tapıb.

Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri təyin edildikdən sonra həyata keçirilən kadr təyinatlarında önəmli rolu olan şəxslərin arasında "Kia Motors Az” Məhdud Məsuliyyətli Cəmiyyətin faktiki rəhbəri Səxavət Səfərovun önəmli rol oynaması haqqında məlumatlara isə növbəti araşdırmamızda aydınlıq gətirməyə çalışacağıq.(sözçü.info)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam