Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Əmək Mərkəzi ilə bağlı qanun imzalanıb

    

Əmək Mərkəzi ilə bağlı qanun imzalanıb
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakı şəhərində beynəlxalq statuslu və ixtisaslaşmış qurumu kimi yaradılması nəzərdə tutulan Əmək Mərkəzinin Nizamnaməsinin təsdiq edilməsi haqqında Qanunu imzalayıb.
Yenixeber.org: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, İƏT-in Bakı şəhərində yaradılacaq beynəlxalq statuslu Əmək Mərkəzi təşkilatınixtisaslaşmış qurumu olaraq, əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv dövlətlərin səylərinin birləşdirilməsi, əmək, məşğulluq, sosial müdafiə sahələrində əlaqələrin inkişafı, müvafiq qurumlarının və digər aidiyyəti İƏT təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, habelə əməkdaşlıq müstəvisində geniş təcrübə-məlumat mübadilələrinin aparılması məramına xidmət edəcək.

Qeyd edək ki, 2013-cü ilin aprel ayında İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Bakışəhərində keçirilmiş ikinci konfransında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin İƏT-in mənzil-qərargahı Bakı şəhərində olmaqla Əmək Mərkəzinin yaradılması barədə təklifi yekdillə dəstəklənib.

İƏT əmək nazirlərinin 2015-ci ilin oktyabr ayında Cakarta şəhərində (İndoneziya) keçirilmiş üçüncü konfransında Mərkəzin Nizamnamə layihəsi nəzərdən keçirilərək bəyənilib, İƏT Xarici İşlər Nazirləri Şurasının 2016-cı ilin oktyabr ayında Daşkənd şəhərində (Özbəkistan) keçirilmiş 43-cü sessiyasında isə həmin Nizamnamə təsdiq olunub. Nizamnaməyə əsasən, Əmək Mərkəzinin mənzil-qərargahı Bakı şəhərində yerləşəcək və Nizamnamə 10 üzv dövlət tərəfindən ratifikasiya edildikdən sonra yekun qüvvəyə minəcəkdir. Artıq Türkiyə və Azərbaycan tərəfindən bu Nizamnamə imzalanaraq ratifikasiya edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam