Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

MEHRİBAN XANLAROVANIN TAMAŞAÇIYA ATDIĞI TƏPİK –“Azəri Vandam” hara, efir hara? – VİDEO

azer-768x403

Deyəsən, Azərbaycanda efirə çıxmaq üçün qaydalar sadələşdirilir.

Yenixeber.org: Bunun üçün xüsusi bacarığa, istedada, yüksək savada ehtiyac yoxdur.

Sosial şəbəkələrdə bir az yüngüllük, loru dildə desək, bambıllıq etmək bunun üçün kifayətdir.

Bir də gördün hansısa telekanalın prodüseri telefonuna zəng edib səni efirə çıxarır.

Məsələn, indi ciy-ciy səsi ilə efirlərdə şivən salan Bayram Nurlu kimi… Oğurluq etməkdə təqsirləndirilən, yalnız işlətdiyi bir cümlə az qala fenomenə çevrilən “Fəhlələrüyüy”ün “qəhrəmanı” kimi… İndi isə növbə düşük-düşük hərəkətlər edən, ora-bura təpik atmaqla diqqəti özünə çəkməyə çalışan “Azəri Vandam”ındır.

Gözünüz aydın, artıq bu şəxs də televizordan evimizə boylanır, ağsaqqal, ağbirçəklərimizi salamlayır, körpələrimizin üzünə baxır. Yəqin ki, birazdan növbəti verilişdə ekspert kimi çıxış edib, camaata ağıl öyrədib, mentalitet dərsi də keçəcək.

Budur, sizə təqdim etdiyimiz kadlar oktyabrın 17-də efirə gedən “Canım sizə desin”verilişindədir. Əməkdar artist Mehriban Xanlarova “Azəri Vandam”la birlikdə onun statusuna yaraşmayacaq şəkildə təpik atır, guya karate fəndləri öyrənir. Əslində, əməkdar artisti təpiyi “Vandam”a yox, onu verilişə çıxararaq təhqir etdiyi tamaşaçısına atdı.

Bunu edən bilirsiz kimdir? Azərbaycanın xalq artisti, korifey sənətkar Zeynəb Xanlarovanın qardaşı qızı… Yazıqlar olsun! (Yenicag.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam