Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Gürcü dilini bilməyənə Gürcüstanda yaşamaq yasaqlanacaq

 

 

 Gürcüstanda bundan sonra əcnəbilərə gürcü dilini bilmədən daimi yaşamaq icazəsi verilməyəcək.

Yenixeber.org: GAXA xəbər verir ki, bu barədə “Əcnəbilərin hüquqi vəziyyəti və vətəndaşlığı olmayan şəxslər haqqında” Gürcüstanın qanun layihəsində edilən dəyişikliklərdə bildirilib.

Qanun layihəsinin müəllifi parlamentin “Milli Hərəkat” fraksiyasıdır. Layihəyə dair izahlı qeyddə ölkədə iş icazəsi və daimi yaşayış yeri əldə etmək üçün, habelə qeyri-qanuni miqrasiyaya aid şəraitin sərtləşdirilməsi ilə bağlı qanunvericilik təşəbbüsü nəzərdə tutulur.

“Təşəbbüsün məqsədi daimi yaşayış üçün icazənin verilməsi qaydalarını sərtləşdirməkdir. Yalnız 6 il müddətinə müvəqqəti yaşayışa icazə daimi yaşayış üçün kifayət qədər əsas olmayacaq. Əlavə tələblər olaraq əcnəbilərin dövlət dilini elementar səviyyədə bilməsi zəruri hesab ediləcək. Həmçinin əcnəbilər Gürcüstana 200 min ABŞ dollarına bərabər olan lari həcmində investisiya yatırmalı və ya əcnəbilərin əmlakı olmalıdır”, – qanunvericilik təşəbbüsündə deyilir.

Qeyd edək ki, Gürcüstan parlamentinin Siyasi İqtisadiyyat Komitəsi ilk oxunuşda qanun layihəsini və onun prinsiplərini dəstəkləyib. Məlumata görə, layihəyə səsvermə növbəti yığıncaqda keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam