Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərsığorta: Şəhid ailələrinə torpaq verilməsi sığorta ödənişi hesab olunmur

    

Azərsığorta: Şəhid ailələrinə torpaq verilməsi sığorta ödənişi hesab olunmur
Dövlət Sığorta Kommersiya Təşkilatı (Azərsığorta ) 1997-ci ilin avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların adlarının birdəfəlik ödəmə ilə bağlı sistemdə olmaması məsələsinə aydınlıq gətirib.
Yenixeber.org: Şirkətin sədr müavini Aftandil Hacıyev  açıqlamasında bildirib ki, 1992-ci ildən 1997-ci ilin avqustuna qədər Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələri arasında sığorta ödənişləri alanlar var. Onun sözlərinə görə, bir çoxları bu ödənişi almadıqlarını desələr də, onların adları siyahıda qeyd edilib. 

“Bizdə hərbi qulluqçuların qeydiyyatı getmir ki, kimlər hərbi xidmətə gedib, hərbi xidmətdə həlak olub, şəhid olub və ya yaralanıb. Bizə hadisə baş verəndən sonra hərbi qulluqçunun varisləri müraciət edirlər ki, filan vaxtı həlak olub. Həlak olan şəxslərin ölüm sənədini, hərbi xidmətdə olmasını təsdiq edən sənədləri Dövlət Sosial Sığorta Şirkətinin yerlərdəki filialına (hər kəs öz yaşadığı rayon üzrə) təqdim ediblər. Həmin nümayəndəliklər sənədləri toplayıb bizim şirkətə təqdim edirdilər. Şirkət tərəfindən təsdiq olunan sərəncamda yazılır ki, “filankəsin ölümü ilə əlaqədar hesablanmış bu qədər sığorta ödənişini onun varisinə ödəyəsiniz”. Hərbi qulluqçunun ailəsi də bu sığorta məbləğini almaq üçün vərəsəliklə bağlı sənəd alır. Sənəddə də qeyd edilir ki, “50 min və ya 100 min manat sığorta haqqını almaq üçün filankəsə vərəsəlik hüququ verilib”. Rayonda bunun əsasında pulu alırdılar. Şirkətdə bu sənədlər saxlanılmır. Şirkətdə yalnız təsdiq olunub yerlərə göndərilir və rayonlarda da siyahı əsasında sığortalar verilib. Sənədlərin 5-10 il saxlama müddəti var. Çünki “Hərbi qulluqçuların sığortası haqqında” Qanunda iddia müddəti 3 il göstərilib. Vətəndaşlar hərbi xidmətdə olduğu dövrdə aldığı xəsarət və ya ölümlə bağlı 3 il ərzində sığorta məbləğini almaq hüququna malikdir. Sadəcə Konstitusiya Məhkəməsində o müddət aradan götürüldü. Bununla da həmin vaxtı ölmüş və ya itkin dümüş hərbi qulluqçulara birdəfəlik ödəmələrin verilməsi üçün şərait yarandı”.

A.Hacıyev bildirib ki, proses başlayan gündən onlara çoxlu insanlar şikayətə gəlir: “Ödəniş almayan insanın adı necə siyahıya düşə bilər? Bizə müraciət edənlər var və deyirlər ki, “bizə sənəd göstərin ki, biz ora qol çəkib məbləği almışıq”. Bu hesablamalar 20-25 il bundan öncə gedib. O dövrün sənədləri yerli orqanlar tərəfindən arxivlərə təqdim olunub və verilib. Lakin bizdə jurnalda siyahılar var ki, kimə nə qədər ödəniş verilib. Kiminsə atası və ya anası alıb, indi qızı deyir ki, sığorta haqqı almamışıq. Kiminsə narazılığı varsa, Azərbaycan demokratik dövlətdir, məhkəmələrə müraciətlər etsinlər”. 

A.Hacıyev bəzi şəhid ailələrinə torpaq verilməsinin sığorta haqqına aid olmadığını vurğulayıb: “Torpaq sığorta ödənişi sayılmır. Sığorta ödənişinə yalnız pul aiddir. Torpaq sahəsi, mülk, digər yardımlar, imtiyazlar, əmlakın sığorta ödənişinə heç bir aidiyyatı yoxdur”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam