Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

Nazir Cəlilabad maliyyəsində xalqın parlaq istedadını boğur –qarmon sənətkarı…

 

  

Şair Qabilin “səhv düşəndə yerimiz” şeiri hər zəmanədə aktualdır. Şair onu elə gözəl yazıb ki, bu gün bir çox sahələrdə rəhbərlik edənlərin düz alnından tuş gəlir. Onların bir çoxunun istedadı, yaradıcılıq qabiliyyəti var.
Yenixeber.org: Dövlət vəzifələri buna imkan vermir. Sirr deyil ki, bir çox deputat, nazir, səfir, məmurlarımız var ki, sənətə bağlıdırlar.

Kimisi musiqi bəstələyir, kimisi şeir yazır, kimisi mahnı oxuyur. Məsələn, Kəmaləddin Heydərov bəstəkarlığı, Polad Bülbüloğlunun ifası və çoxlu belə nümunələr var. Türkmənistan prezidentinin də mahnı oxuması yaddan çıxmayıb.
İnsafən,bu siyahıya Cəlilabad Rayon Maliyyə İdarəsi rəisi Əlinazim Quliyevi də əlavə etmək lazımdır. Əlinazim müəllim istedadlı insandır, Cəlilabad toylarında qarmon çalan, “helloza” mahnısının məhşur ifaçısıdır. Belə dəyərli sənətçini efirə dəvət etmək, cəmiyyətə tanıtmaq lazımdır.
Əfsuslar olsun ki, belə parlaq istedada, qarmon ifaçısına dövlət postunda vəzifə tutmaq, rayonun müxtəlif büdcə təşkilatlarına ayrılan vəsaitlərə nəzarət etmək kim yorucu iş tapşırılıb.
Maliyyə naziri Samir Şərifovun da bəlkə xəbəri yoxdur ki, onun Cəlilabada təyin etdiyi maliyyə rəisi Ə.Quliyev kifayət qədər yaradıcı, sənətə bağlı şəxsiyyətdir. Amma heyf ki, onun kimi yaradıcı kadrları məmura çevirirlər.
Bu gün Aftandil İsrafilov, Gövhər Rzayeva, Gülbahar kimi peşəkar qarmon ifaçıları ilə bərabər Əlinazim müəllim də cəmiyyətə öz sənətini nümayiş etdirə bilər. Ə.Quliyev Cəlilabadda hörmətlə qəbul edilir, onun istedadına, sənətinə qiymət verilir.
Lakin nazirlik imkan yaratsaydı, respublikada tanınardı, qəbul olunardı. Burda pis nə var ki? Prezidentlər, nazirlər mahnı oxuyurlar, gitara ifa edirlər…Belə görünür ki, S.Şərifov istedadın düşmənidir.
Bu gün onun rayon maliyyə idarəsindən daha çox, qarmon ifasında xalqa, sənətə töhfəsi ola bilər. Cəlilabadda maliyyə məsələlərini yerli icra hakimiyyəti onsuz da müəyyənləşdirir.
Ona görə də Ə.Quliyevin geniş auditoriyaya çıxması lazımdır. Bunu özümüzdən yazmırıq. Elektron mediada onlarla belə məlumat var ki, Cəlilabad maliyyə idarəsi rəisi qarmon ifaçısıdır.
Ə.Quliyevin adını gah maliyyə əməliyyatlarının mahir ifaçısı, gah diplomu olmaqda ittiham edirlər. Mətbuatda bu barədə kifayət qədər yazılıb.
Belə xəbərlərlə gündəmə gəlməsi, adının hallanması sənət adamına yaraşmaz. Ə.Quliyev rayonda hörmətli adamdır, bir çox el şənliklərində vaxtilə iştirak etdiyi, qarmonu ilə qonaqları feyziyab elədiyi barədə məlumatlar var. Əfsus ki, nazirlik onun yaradıcı fəaliyyətini buxovlayır.
Saytlar yazırlar ki, Ə.Quliyev isə bir neçə icra başçısı ilə işləməyə və postunda əbədiləşməyə söz verib. İddialara görə, hətta idarə rəisi bütün yığıncaqlarda açıq şəkildə deyir ki, onun yuxarılarda yetərli qədər güclü adamları var və bu səbəbdən də diplomsuz halda vəzifəsində qala bilir.
Maraqlıdır ki, heç bir iqtisadi savadı olmayan bu adama Cəlilabad kimi bir rayonun maliyyəsini necə etibar ediblər? Amma bu sualı verən medianın iittihamına inanmağımız gəlmir. Onun savadlı, peşəkar qarmon ifaçısı olduğunu söyləyirlər.
Saytlar iddia edirlər ki, Cəlilabad rayonunda fəaliyyət göstərən iş adamları, eləcə də ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri rayon maliyyə idarəsindən ciddi şəkildə narazılıq edirlər.
Əlinazim Quliyevin müdaxiləsindən sonra bir çox sahibkar rayonun abadlıq, quruculuq işləri və digər xidmətlərin göstərilməsi üçün keçirlən tenderlərdə iştirakdan məhrum qalırlar.
Əlinazim Quliyevin bir sıra iş adamlarının keçirilən tender komisyalarına təqdim etdikləri sənədləri müxtəlif bəhanələrlə geri qaytardığını vurğulayan məlumatlı şəxsin iddiasına görə, dolayı yolla sahibkarlara bildiriblər ki, mütləq rayon maliyyə şöbəsindən razılıq alınmalıdır.
Bütün bunlara baxmayaraq, çox hörmətli ziyalı, istedadlı insanın həyat və yaradıcılığı, fəaliyyəti ilə bağlı geniş müsahibəsini oxuculara təqdim etməyə hazırıq. Bu, cəmiyyət tərəfindən də maraqla qarşılanar…(realmedia.az)

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?