Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycanda 113 uşaq zorakılığa məruz qalıb

Azərbaycanda 113 uşaq zorakılığa məruz qalıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin Məişət zorakılığına məruz qalan uşaqlar üçün yardım Mərkəzi tərəfindən bu il 113 nəfərə müxtəlif növ yardım göstərilib
Yenixeber.org: Nazirlikdən  verilən məlumata görə, yardım göstərilən 22 nəfər uşağın fiziki, 5 nəfərin cinsi, 30 nəfərin psixoloji, 9 nəfərin isə iqtisadi zorakılığa məruz qaldığı müəyyən edilib. Bundan başqa, uşaqları zorakılığa məruz qalmış 4 valideynə müvafiq rayonun İcra Hakimiyyəti tərəfindən qısamüddətli mühafizə orderinin alınması təmin edilib. Boşanma ərəfəsində olan 6 ailənin üzvünə göstərilmiş hüquqi yardım və davamlı psixoloji seanslar nəticəsində onların barışığına nail olunub.

Məktəb yaşına çatmış 12 uşaq məkətəbə hazırlıq proqramı üzrə hazırlıq keçib, 6 uşaq bağçaya yerləşdirilib, 7 uşağa ilkin tibbi yardım göstərilib və müalicələrinin davamı üçün tibb müəssisələrinə yönləndirilib. İki ananın 4 uşaq ilə birlikdə sığınacağda məskunlaşması təmin olunub. Risk qrupuna aid edilən valideynlərdən 4 nəfəri işlə təmin edilib.

Qeyd edək ki, Mərkəzin fəaliyyət dairəsi Sumqayıt, QubaQusarŞabranXaçmaz və digər ətraf şəhər və rayonları əhatə edir. Mərkəzdə sosial işçi, hüquqşünas, psixoloq, pedaqoq, tibb bacısı və defektoloq fəaliyyət göstərir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam