Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bağlanan banklarda pulu olanlara ŞAD XƏBƏR -Milyonlara manat geri qaytarılacaq

 

Bağlanan banklarda pulu olanlara ŞAD XƏBƏR - Milyonlara manat geri qaytarılacaq

Konstitusiya Məhkəməsinin son qərarı bonus səbəbindən geri qaytarılmayan əmanətlərin sahiblərinə pullarını geri almaq imkanı yaradıb.

Yenixeber.org: Bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov Konstitusiya Məhkəməsi əmanətlərin sığortlanması ilə bağlı qanunun şərh edilməsinə dair qərara münasibət bildirərkən deyib.

Ekspert bildirib ki, müflis olan banklarda bonuslu əmanətlərin qorunan olub-olmaması müəyyənləşdirilən zaman qorunan faizlərin hesablanmasında problemlər var idi.

“Xüsusən də, “Dəmirbank”ın əmanətçilərinin bir qismi öz qorunan əmanətlərini ala bilmirdilər. Sözügedən bank daha çox əmanət cəlb etmək üçün bonus kampaniyaları keçirirdi. Belə kampaniyalar həmçinin qorunan əmanətlərə aid edilirdi. Əmanətlərin Sığortalanması Fondu isə bankların ödədiyi bonusun faiz dərəcələrinə daxil edilib-edilməməsi barədə qərar verə bilmədiyi üçün bəzi əmanətlər qorunmayan hesab edilirdi və nəticədə vətəndaş öz pulunu geri ala bilmirdi. Məsələn, müflis olmuş bank 15 faizlə qorunan manat əmanəti qəbul edir və illik əlavə olaraq 2 faiz bonus ödəyir. Bu halda sual yaranırdı: həmin əmanətin faizi 15, yoxsa 17 faizdir?

Belə ki, 15 faiz sığortalanır, amma 17 faizli əmanət qorunmur. Konstitusiya Məhkəməsinin sonuncu qərarına əsasən, əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Bu isə o deməkdir, Konstitusiya Məhkəməsi əmanətçilərin xeyirinə qərar çıxarıb və 2 faiz bonus olan maksimum sığortalanan faizlə cəlb edilən əmanət müqavilələrində dividend faizi 17, yox 15-dir. Yəni, həmin əmanətlər qorunur və geri qaytarılmalıdır”.

V.Bayramov onu da əlavə edib ki, bonuslar səbəbindən əmanətlərini ala bilməyən əmanətçilər son qərardan sonra öz vəsaitlərini Əmanətlərin Sığortlanması Fondundan geri ala bilərlər.

“Söhbət milyonlarla manatla ifadə olunan əmanətlərin geri qaytarılmasına başlanılmasından gedir. Bu baxımdan, bonus səbəbindən qorunan əmanətlərindən mərhum edilən əmanətçilər fonda müraciət etməklə öz pullarını artıq geri ala bilərlər. Konstitusiya Məhkəməsinin son qərarı bonus səbəbindən geri qaytarılmayan əmanətlərin sahiblərinə hətta bu gün fonda müraciət edib pullarını tam olaraq geri almaq imkanı yaratdı”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam