Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ağcabədinin içməli su təchizatı yenilənir

    

Ağcabədinin içməli su təchizatı yenilənir
Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Ağcabədi şəhərində içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi son mərhələdədir.
 Yenixeber.org: Bu barədə məlumatı "Azərsu" ASC yayıb. Məlumatda deyilir ki, “Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 45 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə üzrə tikinti-quraşdırma işlərinə 2016-cı ildə başlanılıb.

Layihəyə əsasən, Ağcabədi şəhərini içməli su ilə təmin etmək məqsədi ilə 14 subartezian quyusu qazılıb, su mənbəyindən şəhərə 28,7 km uzunluğunda magistral su xətti tikilib. Şəhərin dayanıqlı su təchizatı məqsədilə ümumi tutumu 10 min kubmetr olan 2 su anbarı inşa edilib.

Ağcabədi şəhərində 214 km içməli su şəbəkəsi tikilib, 8500 ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb.

Ağcabədi şəhərində tullantı sularının idarə edilməsi məqsədilə 208 km kanalizasiya şəbəkəsi inşa edilib, 8 minədək ünvana birləşmə verilib, 4 kanalizasiya-nasos stansiyası quraşdırılıb.

Layihə çərçivəsində Ağcabədi Sukanal İdarəsi üçün müasir tipli inzibati binanın tikintisi yekunlaşıb.

Ağcabədi şəhərində yaranacaq tullantı suların zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan təmizləyici qurğunun tikintisinə hazırlıq görülür.

Ağcabədi şəhərinin ilk mərkəzləşdirilmiş içməli su təchizatı və kanalizasiya sistemləri 1960-70-ci illərdə yaradılmışdır. Şəhərdə mövcud olmuş 40 km su və 14 km kanalizasiya xətləri şəhərin kiçik bir hissəsini əhatə edib və istismara yararsız vəziyyətə düşüb.

Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Ağcabədi şəhəri ilə yanaşı, GöyçayAğdaşvə Beyləqan şəhərlərinin də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulub. Artıq Göyçay və Beyləqan şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb, Ağdaş şəhərində isə işlər yekunlaşmaq üzrədir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam