Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

Bu gün açılışı olan Ələt-Astara yolu pulludur?- Açıqlama

    

Bu gün açılışı olan Ələt-Astara yolu pulludur? - Açıqlama
Xəbər verdiyimiz kimi, bu gün Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışı olub. Açılış mərasimində prezident İlham Əliyev iştirak edib. Bununla da yeni yol vətəndaşların istifadəsinə verilib.


Yenixeber.org: Bundan əvvəl yerli KİV-lərdə yeni salınan yolun pullu olacağı haqda məlumatlar yayılmışdı.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, hazırda həmin yol vətəndaşlar üçün ödənişsizdir.

Onun sözlərinə görə, yolun ödənişli olması ilə bağlı hər hansı qərar yoxdur: "Əgər belə bir qərar olarsa, müvafiq işlərin görülməsinə başlanılacaq".



Qeyd edək ki, mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub.



шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?