Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Ötən ay nazirliyə 11 075 müraciət daxil olub

    

Ötən ay nazirliyə 11 075 müraciət daxil olub
Bu ilin avqust ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 Çağrı Mərkəzinə əvvəlki iyul ayı ilə müqayisədə 10,4 faiz az olmaqla, 11 075 müraciət daxil olub.
Yenixeber.org: Nazirlikdən verilən məlumata görə, müraciətlər əmək qanunvericiliyi və onun tətbiqi, sosial təminat, sosial sığorta münasibətləri, aktiv məşğulluq tədbirlərinə, həmçinin özünüməşğulluq proqramına cəlb olunma, əlilliyin qiymətləndirilməsi, reabilitasiya xidmətləri, əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən istifadə və s. məsələləri əhatə edib. Edilmiş müraciətlərdən 96,1 faizi və ya 10 645-i sorğu xarakterli olub.

Vətəndaşlara aidiyyəti üzrə hüquqi izahatlar verilməklə sorğuların cavablandırılması, digər müraciətlərdə əksini tapan məsələlərə qanunvericilik çərçivəsində baxılaraq tədbirlər görülməsi, nəticəsi barədə vətəndaşlara məlumatlar verilməsi təmin edilib.

Ümumilikdə isə cari ilin 8 ayı ərzində “142 Çağrı Mərkəzi”nə daxil olan müraciətlərin sayı 108,9 minə yaxın olub.

“142 Çağrı Mərkəzi” vətəndaşlara ünvanlı dövlət sosial yardımının alınması üçün edilmiş müraciətlərə baxılmasının cari vəziyyəti və əlilliyin qiymətləndirilməsinin nəticəsi barədə məlumat əldə etməyə də imkan verir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam