Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İcra başçısından əcaib hərəkət... -Belə deyirlər

İcra başçısından əcaib hərəkət...
Yenixeber.org: Sosial şəbəkə istifadəçisi Cəmil Məmmədli yazır ki, bu gün Xaçmaz şəhərində rayon rəhbərliyinin iştirakı ilə Zərifə Əliyevanın heykəlinin açılışı oldu. Deməli tədbirdə icra başçısı Şəmsəddin Xanbabayev Hüseyn Cavidin şerlərindən birini oxuyur. Hamı alqışlayır, Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova da başçının qiraətini və şeri tərifləyir.
"Olduqca mənalı, dərin fəlsəfəyə məxsus bir şerdi. Qiraətə isə söz ola bilməz. Bunu heç kəs sizin kimi oxuya bilməzdi. Hüseyn Cavid böyük və dahi şairdi", filan deyib mədhiyyətə başlayır. Şəmsəddin müəllim onun qulağına zarafatca, "şer özümündü, mən yazmışam, yalandan Hüseyn Cavidin adını dedim" söyləyəndə, Mədinə müəllimə tez valı dəyişir.
"Mən deyirəm axı, bu şeri heç yerdə eşitməmişdim. Belə dərin mənalı şeri ancaq siz yaza bilərdiniz Şəmsəddin müəllim, sizin qarşınızda bay əyirəm" deyib, gülümsəyərək yenidən "kursu" dəyişməyə çalışır.
Kənardan başqa rəhbər işçilər situasiyaya gülərək, ay Mədinə xanım, şeri elə Hüseyn Cavid yazıb, başçı zarafat edir deyirlər…
P.S. Şer parçası "İblis" əsərindən olub deyirlər.(Teref.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam