Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Sosial evlərin satlışı niyə dayandırıldı?

 

Sosial evlərin satlışı niyə dayandırıldı?
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərininh təkrar satışının vaxtının dəyişdirilməsi səbəbi sistemin çökməsi ilə bağlı deyil
Yenixeber.org: Bunu MİDA-nın mətbuat xidmətinin rəhbəri Diana Dadaşova açqlamasında bildirib. O, qeyd edib ki, mənzillərin satışı prosesi sadəcə təyin olunan vaxtda başlamayıb.

“Vətəndaşların saat 11:00 üçün nəzərdə tutulan mənzil seçimi prosesi başlamamışdı. Yəni vətəndaşlar mənzil seçimini etməyiblər ki, saytda da çökmə olsun. Keçən dəfə vətəndaşlar mənzillərini seçmişdilər və çökmə olmuşdu. Hazırda isə seçim prosesi belə həyata keçirilməyib. Sadəcə proses saat 11:00 üçün nəzərdə tutulmuşdu, vaxt bu gün saat 15:00-a keçirilib”.

D.Dadaşova bildirib ki, səbəblər daha sonra ictimaiyyətə açıqlanacaq. Qurum sözçüsü qeyd edib ki, 324 mənzil 15:00-da olduğu kimi satışa çıxarılıb. 

Qeyd edək ki, MİDA mənzil seçimi prosesinin bu gün saat 11:00-da başlanacağını elan etsə də, sonradan vətəndaşlara müraciət edərək prosesin bugün saat 15:00-dan etibarən aktivləşdiriləcəyini bildirib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam