Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılacaq

Dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılacaq

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) sentyabr ayından ölkə üzrə iribuynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı təkrar kütləvi peyvəndləmə tədbirinə başlayır
Yenixeber.org: Heyvanlar arasında peyvəndləmə tədbirləri Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) tövsiyələrinə və ölkəmizin epizootik tədbirlər planına uyğun olaraq aparılır.

Dövlət Baytarlıq Xidmətindən AzVision.az-a verilən məlumata görə, respublikamızda dabaq xəstəliyinə qarşı aparılan vaksinasiyanın məqsədi heyvanlar arasında xəstəliyin qarşısının alınması və epizootoloji sabitliyin təmin edilməsidir.

Xidmət Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilən epizootik tədbirlər planına uyğun olaraq, dabaq xəstəliyinə qarşı həm xırdabuynuzlu (dabağın A,O tiplərinə), həm də iribuynuzlu (dabağın A,O,Asiya-1 tiplərinə) heyvanlar arasında peyvəndləmə tədbirlərini aparır.

Qeyd edək ki, dabaq xəstəliyinə qarşı il ərzində heyvanlar 2 dəfə peyvəndləməyə cəlb olunur. Xidmət tərəfindən cari ilin 7 ay ərzində 2566041 baş iribuynuzlu, 4819445 baş xırdabuynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.

Dövlət Xidməti bu günlərdə bölgü əsasında 1811300 doza miqdarında rayon (şəhər) baytarlıq idarələrini dabaq əleyhi vaksinlə, eləcə də biotəhlükəsizlik vasitələri və dezinfeksiya maddələri ilə təmin edib.

Ölkədə epizootik sabitliyin qorunması və davamlı olması məqsədi ilə Dövlət Xidməti tövsiyə edir ki, sahibkarlar iribuynuzlu heyvanlar arasında dabağın baş verməməsi üçün təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına riayət etsinlər, peyvəndləmənin vaxtında aparılması üçün yerli baytarlıq mütəxəssislərinə lazımi şərait yaratsınlar və bütün iribuynuzlu heyvanlarını peyvəndləməyə cəlb etsinlər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda dabaq xəstəliyinə görə ölkədə epizootik vəziyyət sabitdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam