Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Yol polisi sürücülərə xəbərdarlıq edib

Yol polisi sürücülərə xəbərdarlıq edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin və avtobusların sahiblərinə texniki baxışdan keçməklə bağlı xəbərdarlıq edir
Yenixeber.org: İdarənin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, avqustun 1-dən yük avtomobillərinin və avtobusların texniki baxışdan keçməsi müddəti başlayıb və noyabr ayının 1-nə qədər davam edəcək.

Bölmə rəisi bildirib ki, yük avtomobillərinin və avtobusların sahibləri nəqliyyat vasitələrini Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika mərkəzinə təqdim etməlidirlər:

“Yük avtomobillərinin və avtobusların sahiblərinə bir daha müraciət edirik ki, vaxtında öz avtomobillərini texniki baxışdan keçirsinlər, müddət bitdikdən sonra həmin avtomobillər cərimə ediləcək. Bir daha xatırladırıq ki, avtomobillərini texniki baxışdan keçirməyən fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir”.

Qeyd edək ki, bundan sonra texniki baxışdan keçməyən avtomobillər kameralar vasitəsilə aşkar ediləcək və elektron qərar qəbul ediləcək. Artıq sürücü və polis əməkdaşı arasında heç bir təmasa, narazılığa ehtiyac qalmayacaq.

Yük avtomobilləri və avtobusların texniki baxışı 1 avqust - 31 oktyabr tarixləri aralığında baş tutacaq. İcazə verilən müksimum kütləsi 3.5 ton və daha az olan yük avtomobilləri istehsal olunduqdan sonra 5-ci, 7-ci, 9-cu, 11-ci il və sonra hər il texniki baxışdan keçməlidir. İcazə verilən kütləsi 3.5 tondan yuxarı olan yük avtomobilləri isə istehsal olunduqdan sonra 2-ci il və hər il texniki baxışdan keçməlidir. Avtobuslar da istehsal olduqdan sonra 2-ci il və daha sonra hər il texniki baxışdan keçməlidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam