Bakıda milyonerlər məhəlləsi kimi tanınan Teymur Əliyev küçəsində 8 milyonluq villa satışa çıxarılıb.
Yenixeber.org: 4 mərtəbədən və mansardan ibarət olan villanın daxilində lifti, həyətində 3 maşınlıq qaraj, hovuz və sauna var.
Evin birinci mərtəbəsi böyük zal, mətbəx və 3 otaqdan ibarətdir. Digər 2, 3 və 4-cü mərtəbələrin hər birində isə 3 otaq, açıq zal mövcuddur.
12 otaqdan ibarət olan villa 8.500.000 manata satışa çıxarılıb.(axar)