Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Bakıda 35 müvəqqəti kəsim məntəqəsi fəaliyyət göstərəcək -Qurban bayramı ilə bağlı AQTA-dan AÇIQLAMA

 

Bakıda 35 müvəqqəti kəsim məntəqəsi fəaliyyət göstərəcək

 

Qurban bayramı ilə bağlı Bakı şəhərində 35 müvəqqəti kəsim məntəsi fəaliyyət göstərəcək.

Yenixeber.org: Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, artıq Bakı şəhərinin bir sıra rayonlarında yerli icra hakimiyyətləri tərəfindən Qurban bayramında vətəndaşlara xidmət göstərəcək kəsim məntəqələrinin inşasına başlanılıb.

Qida Təhlükəsizliyi Agentliyinin tövsiyə və metodiki dəstəyi ilə Qurban bayramında əhalinin rahat və sanitar-gigienik normalara uyğun şəraitdə heyvan kəsimini təmin etmək üçün yerlərdə müvəqqəti kəsim məntəqələri yaradılır. Bayram günlərində heyvan kəsimi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər əvvəlcədən yerli icra hakimiyyəti orqanlarına müraciət edə bilər. Standartlara uyğun mövcud kəsim məntəqələrindən başqa Bakı şəhəri üzrə yerli icra orqanları tərəfindən təşkil olunan 35 müvəqqəti kəsim məntəsi fəaliyyət göstərəcək. Hazırda onların bir çoxu barədə məlumatlar yerlərdə əhaliyə çatdırılır. Ümumi siyahı isə bayramdan 3 gün əvvəl açıqlanacaq.(metbuat.az)

Xəyalə Məmmədova


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam