Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Lirə və rubl ucuzlaşmaqda davam edir

 

Lirə və rubl ucuzlaşmaqda davam edir
Rəsmi Vaşinqtonun Moskva və Ankaraya münasibətdə tətbiq etdiyi sanksiyalar və birtərəfli ticarət tarifləri nəticəsində Rusiya rublu və Türkiyə lirəsi ABŞ dolları qarşısında dəyərini itirməkdə davam edir.
 Yenixeber.org: "Business İnsider" xəbər verir ki, ötən həftənin cümə günü Trampın ticarət tarifi qərarı ilə ucuzlaşan türk lirəsi ötən gün dollar qarşısında rekord tarixi enişini yaşayıb. Bu axşamadək 1 dollar 7 lirə keçərək, 7,24 lirə təşkil edib.

Lakin Türkiyə Mərkəz Bankınnın müdaxiləsindən sonra lirə bu gün bir qədər möhkəmlənərək dollara nisbətdə 6.8 civarında müəyyənləşib. Ümumilikdə, bu il ərzində lirə dolara nisbətdə 40 faiz ucuzlaşıb.

Rusiyada isə milli valyuta olan rubl dollar qarşısında 2016-cı il aprelin 18-də qeydə alınan eniş rekordunu yeniləyib. Hazırda 1 dollar 67,8 rubl təşkil edir.

Xatırladaq ki, Rusiya Mərkəzi Bankı avqustun 9-dan bu günədək dollar alışı həyata keçirməyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam