Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Əhəd Abıyev ürəklənib: filiz kombinatını ələ keçirir –Təfərrüat

 

 Bir müddət əvvəl prezidentin keçirdiyi konfrasda məsələ qaldırmış Daşkəsənin icra başçısı Əhəd Abıyev filiz kombinatının özəlləşdirilməsi üçün fürsət qazanıb.

Yenixeber.org: Bakıdan verilən məlumata görə, Ə.Abıyev üçün Daşkəsəndə filiz kombinatının özəlləşdirilməsinə yaranmış maneələr aradan qalxmaqdadır.

Hətta icra başçısı özünə yaxın mediaya məlumatlar sızdırırdı ki, kombinatın dəmirləri Gəncədə tikilən ticarət mərkəzinə daşınır.

O, “Baku Cteel Company” zavodunun rəhbəri Rasim Məmmədovun kombinata sahiblənməsində maraqlıydı. Lakin əmlak komitəsinin balansında olan kombinatın özəlləşdirilməsi yubanırdı.

Son zamanlar Ə.Abıyevin mövqelərinin gücləndiyi və hücuma keçdiyi haqda xəbərlər gəlməkdədir.

Buna səbəb kombinatın özəlləşməsi tərəfdarı olmayanların mövqelərinin zəifləməsidir. İddialar var ki, Ə.Abıyev fürsətdən sui-istifadə edir.

İcra başçısı kombinatın özəlləşdirilməsi ilə bu müəssisənin gəlirlərinə şərik olmağı hədəfləyib.

Kombinatın keçmiş direktoru Ələddin Sadıqovun filizi Gürcüstana su qiymətinə daşıyıb satması haqda informasiyaların da Abıyevə yaxın kanallardan sızdığı, nəhayətdə vəzifəsindən kənarlaşdırılmasına nail olduğu iddiaları var.

Yada salaq ki, məsələ ilə bağlı unikal.org-a danışan Əhəd Abıyev demişdi: “Daşkəsən Filiz Zavodunun işləməsi daşkəsənlilər üçün çox vacibdir. Çünki orada 3 minə yaxın insan çalışır və bu da əhalinin yaxşı yaşaması deməkdir.

Rasim Məmmədovun orada tez-tez göüründüyünü və işçilərə yardımlar etdiyini eşitmişəm”.

R.Məmmədov “Baku Cteel Company” zavodunun rəhbəridir. Zavod 2001-ci ildə “Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi” məqsədi ilə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsinə qərar verilib və Azərbaycan Polad İstehsalı Kompleksinin tərkibindən çıxarılıb.

2016-cı ildə zavod Əmlak Məsələləri Dövlət Komitəsinin balansına keçirilib. İndi də hər iki qurumun rəhbəri Daşkəsən filiz zavoduna iddialıdır.

Ölkə prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamı ilə “Daşkəsən Filizsaflaşdırma” ASC özəlləşdirilmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilib və müəssisənin özəlləşdirilməyə çıxarılması üçün 3 ay vaxt qoyulmuşdu. Yunis Cəfərov/AzEuroNews.com/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam