Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

Mənsimovun gəmilərində etirazlar başladı

 

Azov dənizində reyddə dayanan neftdaşıyan tankerin heyət üzvləri aylardır əmək haqları ala bilmədiklərinə görə aclıq elan edib.  TASS xəbər evrir ki, “Riroil 5” tankerinin 12 heyət üzvündən 7-iRusiya, 5-i Azərbaycan vətəndaşlarıdır. Heyət üzvlərindən 4-ü aclıq aksiyasına başlayıb.

Yenixeber.org: “Riroil” tankeri hazırda borc içində batan oliqarx Mübariz Mənsimovun “Palmali” şirkətlər qrupuna məxsusdur. 2003-cü ildə Volqoqrad tərsanəsində yığılıb, beynəlxalq gəmiçilik reyestrlərində yer alan məlumatlara görə mülkiyyətçisi Rostovda qeydiyyatdan keçmiş “Palmali” MMC şirkətidir. Bu şirkət Mənsimovun Türkiyədəki “Palmali Denizçilik” qrupuna daxildir. Gəmi Malta bayrağı altında üzür.

Dənizçilər bildirir ki, türk şirkətinin heyət üzvləri qarşısında əmək haqqı borcu 100 mn dollardan çoxdur. Bəzi dənizçilər artıq 8 aydır ki, maaş almırlar. Dənizçilər “Palmali” şirkətini məhkəməyə verməyə hazırlaşırlar.

Agentlik bildirir ki, bundan əvvəl “Palmali”nin daha üç gəmisində heyət üzvlərinin əmək haqlarının verilməməsinə etiraz olaraq aclıq aksiyası elan etdikləri haqda xəbərlər yayılıb. Lakin hələlik bu xəbərləri təsdiqləmək mümkün olmayıb.

“Palmali”nin borc içində üzdüyünü və Rusiyada şirkətin barəsində müflisləşmə proseduru başladıldığı haqda dəfələrlə yazmışıq. Şirkətin iki gəmisinin aylardır Avropa limanlarında həbs altında olduğu da məlumdur.(Virtualaz.org)

 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?